Siyasət

Milli Məclis qarşısındakı aksiyaya görə saxlanılanlar var - Yenilənib

30 Sentyabr, 2022
2294

Rəsmi səhifə

Milli Məclisin qarşısındakı aksiyanın təşkilatçılarından olan AXCP Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmlinin də saxlanıldığı bildirilir.

Bu barədə Toplum TV-nin əməkdaşı xəbər verib.

14:59

"Müdafiə Xətti" insan hüquqları təşkilatı bugün Milli Məclis qarşısında keçirilməsi planlaşdırılan aksiyaya görə saxlanılanların siyahısını açıqlayıb: 

1. Tofiq Yaqublu  
2. Samir Babayev   
3.  Etibar İsmayılov  
4. Seymur Həzi
5. Bəxtiyar İmanov
6. Faiq Nağıyev
7. Müşviq İmanquluyev
8. Tofiq Məmmədov
9. Rövşən Səfərov 

Daha əvvəl saxlanıldığı xəbəri yayılan jurnalist Anar Abdullanın isə sərbəst buraxıldığı açıqlanıb. 

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev açıqlamasında bildirib ki, Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb. Rəsmi araşdırma başa çatan kimi Yaqublunun azadlığa buraxılacağını bildirib. 

*

12:11

Jurnalist Anar Abdulla səhər saatlarında 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə onun həmkarl Mina Əlyarlı sosial mediada yazıb.

18-ci polis bölməsindən isə Anar Abdullanın orada olmadığı bildirilib. 

*

11:24

Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıb.

Bu barədə onun qızı Nigar Həzi "Feysbuk" hesabında yazıb. 

"Evimizin hər tərəfində maşınlarda polislər post qurublarmış", - N. Həzi bildirib. 

O, T. Yaqublunun hara aparıldığı barədə məlumatlarının olmadığını da qeyd edib. 

AXCP fəalları bu gün saat 16-da Milli Məclisin binası qarşısında etiraz aksiyasının keçirilməsi barədə məlumat yaymışdılar.  Fəallar “Siyasi partiyalar haqqında” qanun layihəsinə etiraz etmək istədiklərini bildiriblər. Aksiyada Tofiq Yaqublunun da iştirak edəcəyi gözlənilirdi.

Daxili İşlər Nazirliyi dünən xəbər yayıb ki, Milli Məclisin qarşısında keçirilən etiraz aksiyasına imkan verilməyəcək. 

"Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək", - DİN-dən verilən məlumatda bildirilib. 

https://toplum.tv/siyaset/din-razilasdirilmamis-aksiyanin-qarsisi-alinacaq

Xatırlatma

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi sentyabrın 7-də Milli Məclisdə təqdim edilib. Layihənin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Payız sessiyası sentyabrın 30-da başlanacaq.

Yeni qanun layihəsi siyasi partiyanın Azərbaycanda son 20 il daimi yaşayan azı 200 vətəndaş tərəfindən təsis edilməsi, partiyanın dövlət qeydiyyatına alınması üçün azı 10000 üzvünün olması kimi tələblər irəli sürür. 10000 üzv şərtini hazırda dövlət qeydiyyatında olan partiyalara da şamil etmək nəzərdə tutulur (60 partiya qeydiyyatdadır). 

Layihəyə əsasən, partiya parlament, prezident və ya bələdiyyə seçkilərində ardıcıl olaraq iki dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə Ədliyyə Nazirliyi apellyasiya məhkəməsində iddia qaldırıb qurumun ləğvini istəyə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo