Məhkəmə

Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib

5 Aprel, 2026
681

sosial media

Gürcüstan məhkəməsi bu ölkədə yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqovu deportasiya etmək qərarı verib. 

Bu barədə hüquq müdafiəçisi Tamta Mikeladze sosial media hesabında xəbər verib. 

Ə.Sadıqovun aprelin 5-ə keçən gecə Tbilisidə yaşadığı evindən polislər tərəfindən zorla aparıldığı xəbəri yayılmışdı. Səhər saat 4 radələrində isə məhkəmə onun deportasiyasına qərar verib. 

Hüquq müdafiəçisinin sözlərinə görə, jurnalist "Facebook" səhifəsində gürcü polisini təhqir etməkdə ittiham olunub. 

İstinad olunan paylaşım aprelin 1-də ingilis və Azərbaycan dillərində edilib. Ə.Sadıqov paylaşımında Gürcüstanın adını çəkmədən yazıb: "Harada diktatura varsa, orada polislər maaş və "paqon" uğrunda hər şeylərini satmağa, ayaqlar altına atmağa hazırdırlar və bunu sevərək, can-başla, fəxrlə edirlər".

Mikeladzenin sözlərinə görə, müdafiə tərəfi Ə.Sadıqovun ölkəni könüllü şəkildə tərk edə biləcəyini və buna görə də deportasiya qərarına ehtiyac olmadığını məhkəmənin diqqətinə çatdırıb. Lakin məhkəmə bunu və jurnalistin həyat yoldaşı və uşaqlarının artıq Avropa İttifaqı ərazisində siyasi sığınacağa malik olduğunu nəzərə almayıb. 

Mikeladze xatırladıb ki, uzun müddət Ə.Sadıqovun üzərində Gürcüstanı tərk etmək qadağası var idi və buna görə də onun üçün Avropada siyasi sığınacağa müraciət etmək proseduru başladılmamışdı. 

Lakin aprelin 1-də Azərbaycan hökuməti jurnalistə qarşı cinayət işinə xitam verib və bu barədə Gürcüstanı məlumatlandırıb. Aprelin 3-də isə yerli məhkəmə Ə.Sadıqovun ölkədən çıxış qadağasını ləğv edib. 

Hüquq müdafiəçisi düşünür ki, bunlar iki ölkə tərəfindən jurnalistin deportasiyası üçün əvvəldən koordinasiya olunub. 

"Mən indiyə qədər bir ölkənin qanun çərçivəsi ilə Avropa İnsan Hüquqları Konvensiyası arasında bu qədər ziddiyət görməmişəm. Bu, fəlakətdir. Bu, bir insana qarşı aydın şəkildə aparılmış xüsusi əməliyyatdır", - o qeyd edib.  

"Azel TV” "YouTube" kanalının rəhbəri olan Əfqan Sadıqov 2024-cü il avqustun 3-də Tbilisidə həbs edilib. 

Həmin vaxt Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə pul tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilmişdi. 

Ailəsi və hüquq müdafiəsi təşkilatları onun həbsini siyasi təqib ilə əlaqələndirirdilər. 

Lakin ötən il fevralın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən, Gürcüstan hakimiyyətinə jurnalistin Azərbaycana ekstradisiyası qadağan edilib. 

Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib və jurnalist ötən il aprelin 16-da azadlığa buraxılıb.

Lakin həmin vaxtdan sonra da Ə.Sadıqov dəfələrlə Tbilisidəki etiraz aksiyalarında iştirakına görə Gürcüstan tərəfindən ümumilikdə 270 min lari cərimələnib və iki həftə müddətinə inzibati qaydada həbs olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo