BMT-nin xüsusi məruzəçiləri Ülviyyə Əli ilə bağlı Azərbaycan hökumətinə müraciət göndərib
sosial media
Birləşmiş Millətlər Təşkilatının (BMT) üç xüsusi məruzəçisi həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) ilə bağlı Azərbaycan hökumətinə müraciət göndərib.
Bu barədə Ü.Əlinin yaxınları məlumat yayıb.
Yanvarın 16-da göndərilmiş müraciəti qadınlara və qızlara qarşı zorakılıq üzrə xüsusi məruzəçi Rim Əlsəlem, fikir və ifadə azadlığı üzrə xüsusi məruzəçi İrine Xan və hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi məruzəçi Marqarit Satertveyt imzalayıb.
Müraciətdə jurnalistin polis tərəfindən saxlanılması zamanı işgəncəyə məruz qalması, vəkil və tibbi xidmətlə təmin olunmaması və evinə pul vəsaiti qoyulması kimi iddialar sadalanıb.
Xüsusi məruzəçilər Ülviyyə Əlinin həbsinin onun jurnalist fəaliyyəti və ifadə azadlığı hüququndan istifadə etməsi ilə birbaşa əlaqəli olmasından ciddi narahatlıqlarını ifadə ediblər və bir neçə beynəlxalq insan hüquqları standartlarının mümkün pozuntularını müəyyən ediblər.
Onlar bu pozuntulara nümunə kimi Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu (məhkəmələrin qərarlarını əsaslandırması), 14-cü (ədalətli məhkəmə araşdırması hüququ) və 19-cu (ifadə azadlığı) maddələrini, eləcə də BMT-nin Nelson Mandela Qaydalarını (vaxtında və adekvat tibbi yardım hüququ) sadalayıblar.
Müraciətdə Azərbaycan hökumətinə Ü.Əlinin seçdiyi vəkillə konfidensial ünsiyyətinin və adekvat tibbi yardıma çıxışının təmin edilməsi, zorakılıq iddiaları və prosedur pozuntuları ilə bağlı dərhal və qərəzsiz araşdırmanın aparılması və başqa çağırışlar edilib.
Ü.Əli ötən ilin mayında "Meydan TV işi" üzrə həbs olunub.
"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.
Sonradan “Arqument. az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib
Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”
Toplum TV
Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”
Foto:Turan
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir