Sosial

DYP-dən “Formula 1”lə bağlı əhaliyə müraciət

1 İyun, 2022
2677

açıq mənbədən götürülüb

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt sakinlərinə və paytaxta regionlardan səfər edən əhaliyə müraciət edib.

APA-nın məlumatına görə, DYP iyun ayının ilk 15 günü ərzində şəxsi avtomobillərdən maksimum dərəcədə az istifadə etməyi xahiş edir.

"“Formula 1” Azərbaycan Qran-prisi üzrə aparılan işlər və irəliləyən günlərdə keçirilməsi nəzərdə tutulan yarış paytaxtın mərkəzi ərazisndəki yollarda hərəkətin məhdudlaşdırılması və istiqamətlərin dəyişdirilməsini zəruri edir. Hazırda nəzərdə tutulan zolaqların daralması parklama imkanlarının isə demək olar ki, tam məhdudlaşması mərkəzi ərəzidə, eləcə də paytaxtın Cənub qapısı sayılan Bakı-Salyan yolu istiqamətində ciddi yüklənmələrə səbəb olur. Bu da paytaxtın onsuz da gərgin olan hərəkət dinamikasına təsirsiz ötüşmür. Ümumi hərəkət dinamikası isə öz növbəsində zəncirvari effektlə digər küçə və prospektlərdə də yüklənmələrə və yollarda ciddi sıxlığa səbəb olur”, - qurumun baş inspektoru Araz Əsgərli deyib.

Bu müddət ərzində əsasən ictimai nəqliyyata üstünlük verməyi, şəhərin mərkəzinə doğru şəxsi avtomobillərlə hərəkəti maksimum azaltmaq, təqdim edilən marşurutlar üzrə hərəkət etmək tövsiyə edilir.

"Vətəndaşlarımız Cənubdan mərkəzə doğru, yəni Azneft və Neftçilər dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü km-liyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər. Eyni zamanda sürücülərə 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlara isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə hərəkət etməklə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur”, - A.Əsgərli vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo