RSF "Toplum TV işi" hökmü barədə: “Bu hökmlər ağır və biabırçı xarakter daşıyır”
Açıq mənbə
"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuat azadlığı təşkilatı (RSF) "Toplum TV işi" üzrə verilən məhkəmə hökmü haqda bəyanat yayıb.
RSF hökmü qınayıb və həbs olunmuş şəxslərin dərhal azad olunmasına çağırıb.
"Bu ədalətsiz qərar Azərbaycan məhkəmə sisteminin prezident İlham Əliyev tərəfindən son müstəqil media orqanlarını susdurmaq məqsədilə öz nəzarəti altına alındığını nümayiş etdirir. 14 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan bu hökmlər son dərəcə ağır və biabırçı xarakter daşıyır və ləğv edilməlidir. Sərhədsiz Reportyorlar bu jurnalistlərin, eləcə də əsassız və özbaşına qaydada saxlanılan bütün media həmkarlarının dərhal azadlığa buraxılmasına çağırır. Onlar heç vaxt həbs olunmamalı idilər", - bəyanatda deyilir.
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Məhkəmənin hökmü ilə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanov 15, "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, "Toplum TV" əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.
Həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”