Açıq mənbələrdən götürülüb
İyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində inanclı fəal Fəqan Məmmədova hökm oxunub.
Narkotik ittihamıyla mühakimə olunan F.Məmmədov məhkəmənin hökmüylə 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihamda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Fəqan Məmmədovu ötən il sentyabrın 2-də saxlayarkən üzərindən 4 bükümdə 8 qram metamfetamin (“şüşə”, “patı”) tapdığı iddia olunur. Məhkəmə hesab edib ki, Fəqan Məmmədova qarşı irəli sürülmüş narkotik ittihamı məhkəmə istintaqı yoluyla sübuta yetirilib.
İyunun 1-də prokuror Fəqan Məmmədova 7 il həbs cəzası istəmişdi. Vəkil Fariz Namazlı isə məhkəmə çıxışında ittihamın əsassız olduğunu bildirmiş, hakimdən bəraət hökmü çıxarılmasını istəmişdi. Vəkil bildirmişdi ki, bu iş üzrə istintaqda çoxsaylı qanun pozuntularına yol verilib. Onun sözlərinə görə, Fəqan Məmmədovun üzərinə baxış saxlandığı yerdə yox, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində keçirilib. Vəkil Fəqan Məmmədovun narkotiklə bağlı etirafedici ifadəni də həmin idarədə işgəncələr altında verdiyini demişdi.
Fəqan Məmmədov özü də aprel ayından keçirilən məhkəməsində narkotiklə şərləndiyini, işgəncələrə məruz qaldığını bildirmişdi. İyunun 1-də keçirilən məhkəmə iclasında söyləmişdi ki, mayın 28-də Bakı İstintaq Təcridxanasına gələn və özünü DTX əməkdaşı kimi təqdim edən şəxs onu hədələyib, susmasa ailə üzvlərini, qardaşını həbs edəcəklərini deyib: “Əslində, məni yox, İmam Hüseyn məktəbini şərləyib bu sistem... Bu, mənim şəxsimə deyil, eyni zamanda, İslama olan haqsızlıqdı”.
Gəncə sakinləri Fəqan Məmmədov, Arif Cəfərov və Amin Kərimli 2 sentyabr 2021-ci ildə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 234.3.4-cü (külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması) maddəsi ilə təqsirləndirilib.
Onların hər üçü həbslərini sifarişli adlandırıb. Gənclər məhkəmə ifadələrində bildiriblər ki, Bakıdan Gəncəyə üzərində “Ya Hüseyn” yazılmış köynəklərin gətirdilməsinə görə hakimiyyətin “qəzəbinə tuş gəliblər”.
Hazırda Arif Cəfərovun da məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. Amin Kərimlinin məhkəməsi isə Gəncə Agir Cinayətlər Məhkəməsində davam edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"
Meydan TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Toplum TV
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”