Sosial

Müharibə iştirakçısı: Oğlumu əsgər göndərməyəcəm

14 İyun, 2022
3291

Toplum TV

“2020-ci ilin noyabrın 5-də səfərbərliklə hərbi xidmətə çağırıldım. Noyabrın 6-dan 12-ə kimi Gəncədə N saylı hərbi hissədə, noyabrın 12-dən dekabrın 27-ə kimi isə Daşkəsən və Kəlbəcərdə gedər gəlməz postlarında oldum. Mənimlə eyni tarixdə həmin istiqamətlərə gedən 6 nəfərin dördünə medal, birinə isə həm medal, həm də veteranlıq veriblər. Amma mənim əziyyətlərimi heçə sayıb nə medal, nə də veteranlıq veriblər. Bu haqsızlıqldır. Mən haqqım olanı tələb edirəm”.

Bu sözləri İkinci Qarabağ müharibəsi iştirakçısı Şirinov Şahin Şirin oğlu Toplum TV-ə deyib.

Şikayətçinin sözlərinə görə, onun adı prezidentin səhifəsindəki Kəlbəcər və Laçın uğrunda gedən döyüşlərə görə medal siyahısında olsa da, verməyiblər: “Müdafiə Nazirliyinin ərizə və şikayətlər bölümündə məni qəbul edən polkovnik dedi ki, sən döyüş tapşırığında olmamısan. Bildirdim ki, prezidentin səhifəsində mənim adım, ata adım və soyadım qeyd olunub və mənə Kəlbəcər və Laçın medalı düşüb. Dedi ki, prezidentin səhifəsində çıxan şəxs sən yox, başqasıdır, sadəcə ad oxşarlığı var.

Bildirdim ki, necə olur ki, mənimlə eyni vaxtda döyüş bölgəsinə qalxan 6 nəfərin hamısının adı siyahıda var,  veteranlıq və medal alıblar, amma mənim yoxdur. Mənə deyir, sən yalan deyirsən, elə şey ola bilməz. Mənim əlimdə bunu sübut edəcək faktlar, sənədlər var. Mən düşmənlə üz-üzə durub postu qorumuşam. Belə çıxır ki, mən orada şəhid olsaydım və ya yaralansaydım, mənə şəhidlik, qazilik statusu verilməyəcəkdi?! Adam tanıyıram ki, Kəlbəcərdə olmadığı halda Kəlbəcər medalı alıb.  Bu haqsızlıq nə vaxta qədər olacaq?!

Deyirlər ki, noyabrın 10-dan gedənlərə veteranlıq düşür. Əgər belədirsə, niyə mənimlə eyni tarixdə ora gedənlər veteranlıq statusu alıb?! Bilmirik dərdimizi kimə deyək. 2020-ci ilin mart ayından veteranlıqla bağlı, Müdafiə Nazirliyinə, Dost Agentliyinə şikayət ərizəsi göndərmişəm. Mənə deyirlər, hələ araşdırılır. 2 ildir nəyi araşdırırlar, bilmirəm”. 

Şahin Şirinov - Toplum TV

Ş. Şirinov deyir ki, hərbi biletinə səhvən sentyabrdan getdiyi yazılıb və o, bunu sonradan bilib:

 “Ayağımı don vurduğu üçün əməliyyat olundum. Hərbi biletimi isə sonradan gedib götürmüşəm. Mənə dedilər ki, get Daşkəsəndən hərbi biletini götür, mən də götürdüm. Xətai rayonu hərbi komisarlığına gəlib qeydiyyata düşdüm. Bu zaman gördüm ki, ay səhv yazılıb. Bu mənim səhvim deyil. Mənimlə birgə 6 nəfərin hamısına o cür səhv qeyd edilib”. 

https://toplum.tv/sosial/muharibe-istirakcisi-herbi-xidmete-yararsiz-hesab-olunub-amma-qazilik-verilmir

Hərbi biletdəki səhv bir il sonra aşkarlanıb: “Bir ildən sonra həmin hərbi hissəyə getdim və hərbi biletimdə Daşkəsən adı pozulub Kəlbəcər yazıldı. Məni qəbul edən şəxs hərbi biletimin 21-ci səhifəsinə yazdı ki, 7-ci səhifədə olan döyüş əməliyyatları etibarsız sayılsın, qol çəkib peçat vurdu. Dedi ki, sən sentyabrda yox , noyabrda gəlmisən. O zaman etirazımı bildirdim ki, o zaman tamamilə pozmayıb noyabr etməli idin. Belə çıxır ki, mən ümumiyyətlə, döyüşlərdə olmamışam. Əgər olmamışamsa, hərbi hissəyə giriş çıxış peçatları niyə vurulub». 

Toplum TV

Şahin Şirinov əziyyətinin qiymətləndirilməməsindən narazıdır: 
«Arxa cəbhədə olsaydım, bunlar mənə təsir etməzdi. 30-40 dərəcə şaxtada Murovda xidmət aparmışam. Mənim sabahın əsgəri olacaq bir oğlum var. Bugün əsgərinə bu cür qiymət verən sabahın əsgərinə nə qiymət qoyacaq? Mən oğlumu bu hökumətə əsgər kimi verməyəcəm».

https://toplum.tv/sosial/dolanmaq-ucun-boyreyini-satdigini-deyen-veteran-xanim-evsiz-qalib

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazova sual ünvanladıq. A. Eyvazov kimlərin veteranlıq ala bilməsinə dair hazır məlumatı bizə göndərdi.

Məlumatda qeyd edilir ki, müharibə veteran adının və müvafiq vəsiqənin verilməsi noyabrın 10-dək döyüş bölgələrində olanlara verilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, döyüş əməliyyatlarını yerinə yetirmək üçün ora ezam olunmuş şəxslərə verilir. Aidiyyatı dövlət orqanları tərəfindən yuxarıda qeyd olunan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin şəxslərin siyahısı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilmiş şəxslərə dair məlumatlar həmin adı və vəsiqəni verən dövlət orqanları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir”.

Toplum TV

A. Eyvazova şikayətçinin onunla eyni tarixdə Kəlbəcərə gedən 6 nəfərin medal və veteranlıq alması ilə bağlı iradlarını da bildirib (hətta birinin adı soyadını da qeyd etdik), bu ayrı-seçkiliyin nədən qaynaqlandığını soruşsaq da, sualımıza cavab ala bilmədik.

Şahin Şirinov haqqını məhkəmədə axtaracağını dedi: “Müdafiə Nazirliyi və DOST Agentliyinə göndərdiyim şikayət ərizəsinə iki ildir cavab gəlməyib. Cavabı aldıqdan sonra məhkəməyə müraciət edəcəm və haqqım olanı almaq üçün sonadək mübarizə aparacam. Əgər ehtiyac yaranarsa, Avropa Məhkəməsinə qədər gedəcəm”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?

6 Avqust 2026

president.az

Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası (birləşdirilməsi) üçün qanunlara dəyişikliklər etməyə hazırlaşır.  Bu barədə qanun layihəsi iyulun 10-da parlamentin iclasına çıxarılıb. Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Layihənin müzakirəsində çıxış edən deputatlar dəyişiklikləri “torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi” məqsədi ilə əsaslandırıblar.  Məsələn, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, torpaqların birləşdirilməsi ilə “ərzaq bolluğu və ərzaq təhlükəsizliyinə nail olacağıq”. O, qanun layihəsinin zərurətini kiçik torpaq sahələrinin əkilib-becərilməsinin çətin olması ilə əsaslandırıb. Deputat bu mövzuda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyi təklif edib.  Avqustun 3-də “Azərtac”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib...
Sosial

“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib

4 Avqust 2026

Sosial media

Oğuz rayonunun Dəymədərə kənd sakini olan 20 yaşlı gənc narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmədə ittihamı qəbul etməyərək saxlanılmasının ötən ilin mayında Gəncədə vəfat edən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşdığı videoya görə baş verdiyini bildirib. "Abzas Media" yazır ki, hökm iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə çıxarılıb. İttihama görə, gənc satış məqsədi olmadan 5,586 qram metamfetamin əldə edib, saxlayıb və daşıyıb. İstintaq materiallarında qeyd olunur ki, o, 2025-ci ildə Bakının Nizami rayonunda "özünü şübhəli apardığına" görə polis əməkdaşları tərəfindən saxlanılıb. İttiham aktına əsasən, 24-cü Polis Şöbəsində aparılan şəxsi axtarış...

Seçilmiş Videolar

Toplum TV loqo