Multimedia

Bu medallarla borcluların qabağından qaçıb gizlənirəm

27 Sentyabr, 2022
2230

Sentyabrın 26-da 2-ci Qarabağ müharibəsinin döyüşçüsü, Babək Mürsəlov Milli Məclisin önündə etiraz edib. Buna səbəb onun 2 ildir ki, əlillik təqaüdünü ala bilməməsidir.  

Babək Mürsəlov buna etiraz olaraq aclıq aksiyasına başladığını bildirib. 

II Qarabağ müharibəsi veteranı Babək Mürsəlov yaralanıb  iş qabiliyyətini itirdiyinə və əlillik təqaüdünü ala bilmədiyinə görə Milli Məclisin önündə etiraz etmək qərarına gəldiyini deyib. 

Polislər Babək Mürsəlovu Milli Məclisin qəbul şöbəsinə aparıblar, orada deputat Vahid Əhmədovla telefon danışığı olub. Deputat qaziyə ƏƏSMN-ə bu məsələ ilə bağlı müraciət etdiyini deyib. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, qazi əyani müayinə edilib, diaqnozun nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo