Toplum TV
Ermənistanın "Hraparak" qəzeti yazıb ki, Azərbaycan prezidenti İlham Əliyev iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində 11 erməni məhbusu geri qaytara bilər.
Nəşr vurğulayıb ki, bu addım Əliyevin seçkidə Ermənistanın baş naziri Nikol Paşinyanı dəstəkləməsi kimi qiymətləndirilə bilər.
“Əldə etdiyimiz məlumata görə, Əliyev seçkilərdən əvvəl Ermənistana 2 qrup məhbus qaytarmaq istəyir. “Artsax”ın hərbi-siyasi rəhbərliyi istisna olmaqla, bir qrupda 8, digərində isə 3 nəfər olacaq”, - deyə "Hraparak" qəzeti yazıb.
Yazıda o da qeyd olunur ki, erməni məhbusların qaytarılması məsələsinin Nikol Paşinyanla razılaşdırıldığını Qarabağdakı keçmiş separatçı rejiminin rəhbərliyinin geri qaytarılanların siyahısına daxil edilməməsi də göstərir.
Azərbaycan və Ermənistan bununla bağlı hər hansı rəsmi açıqlama verməyib.
2020-ci il müharibəsindən sonra tərəflər arasında məhbus mübadiləsi mərhələli şəkildə davam edib.
Azərbaycanda hazırda 19 erməni məhbusun saxlanıldığı bildirilir.
Aralarında Qarabağdakı keçmiş separatçı rejimin liderləri də olan məhbusların əksəriyyəti soyqırımı və terrorizm də daxil olmaqla 20-dən çox maddə üzrə ittiham edilirlər.
Bu ilin əvvəlində isə Azərbaycan barələrində hökm çıxarılmış 4 erməni məhbusu Ermənistana təhvil verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Russian Foreign Ministry
Açıq mənbə
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”