Dünya

Qarabağdakı keçmiş separatçı qurumun son "prezident"i Yerevanda məhkəməni uduzub

5 Fevral, 2026
182

Foto: açıq mənbə

Keçmiş Dağlıq Qarabağ ərazisindəki separatçı qurumda ən son prezident vəzifəsini daşımış Samvel Şahramanyan Yerevanda qaldırdığı məhkəmə işini uduzub. 

"OC Media"nın xəbərinə görə, Şahramanyan Ermənistanın Təhsil Nazirliyindən 9-cu siniflər üçün tarix dərsliyində onun Dağlıq Qarabağın ləğvi barədə fərman imzaladığına dair məlumatın geri götürülməsini tələb etmişdi. Məhkəmə isə kifayət qədər sübutun olmadığı qənaətinə gəlib. 

İddia ötən ilin sentyabrında dərsliyin müəllifi Njdeh Hovsepyana və Ermənistanın Təhsil Nazirliyinə qarşı qaldırılmış, məhkəmədən həmin ifadənin mətninin açıq şəkildə geri götürülməsinin hər iki tərəfə öhdəlik kimi qoyulması xahiş edilmişdi.

İddiada Şahramanyan 2023-cü ilin sentyabrında verdiyi fərmanın hansı şəraitdə verildiyini ətraflı təsvir edib. 

Onun sözlərinə görə, bölgədə Azərbaycanın keçirdiyi hərbi əməliyyatdan sonra Bakı ondan parlamentin iclasını çağırmağı və Dağlıq Qarabağın ləğvi barədə bəyanat qəbul etməyi birbaşa tələb edib. O iddia edib ki, əks halda, Azərbaycan hakimiyyəti onu Qarabağın erməni əhalisinin qətliamı ilə hədələyib. 

Lakin Şahramanyan bildirib ki, bu addımın “hüquqi, siyasi və tarixi nəticələrini dərk edərək” tələbi yerinə yetirməkdən imtina edib və Azərbaycan tərəfinə “parlamentdə çoxluğu təmin etməyin mümkün olmadığını” deyib.

Azərbaycan israr etdikdən sonra Şahramanyan “vəziyyətin ciddiliyini və blokada faktını” nəzərə alaraq, “bəyannamənin onun tərəfindən qəbul ediləcək fərmanla əvəz olunmasını təklif etdiyini" bildirib. 

Şahramanyan iddia edib ki, Dağlıq Qarabağın ləğvi haqda fərmanın qəbul edilməsi barədə məlumat yayılıb, “halbuki əslində belə bir fərman qəbul edilməyib”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo