Sosial

Musa Quliyev: İşaxtaranların 80 faizi işlə təmin oluna bilmir

25 May, 2022
2880

Azərtac

""Əmək və Məşğulluq" altsistemi, gənc nəsil və 45 yaşın altında olan şəxslər üçün uyğundur".

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat qeyd edib ki, hər gün 20-yə yaxın vətəndaş məktubu göndərilir və çoxu da iş axtarmaqla bağlı olur:“İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Onlar əmək bazarının tələblərinə hazır deyillər və uyğun iş tapılmır. Eyni zamanda, işaxtaranların əmək bazarının tələblərinə uyğunlaşdırılması və hazırlanması üçün maarifləndirmə işləri zəifdir».

Musa Quliyev onu da vurğulayıb ki, nə qədər insanın yeni yeni yaradılan altsistemdən faydalanması sual altındadır.

Millət vəkili bunlar sonra görəcək işlərin hələ çox olduğun da deyib: "Şirkətlər adətən yüksək ixtisaslı kadrların işə cəlbində maraqlıdırlar ki, işləri yaxşı davam etsin. Bəs, həmin səviyyədə olmayan şəxslərin aqibəti necə olacaq? Onları işə kim götürəcək?! Təklif edərdim ki, bu sahədə olan qanunvericiliklə bağlı tək dövlət sektorundan yox, özəl sektordan tövsiyələr ala bilərik. Müvafiq qurumlar öz maraqlı dairəsində işləri həll edirlər. Amma problem bununla həll oluna bilməz"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...
Sosial

Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var 

8 Sentyabr 2026

Toplum TV

Azərbaycanda müxtəlif vaxtlarda pensiyaya çıxmış, amma peşə fəaliyyətini davam etdirən mülki pilotlar Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.  Bu barədə sentyabrın 7-də "Azadlıq Radiosu"nun verdiyi məlumata görə, şikayətə səbəb 2024-cü ilin yayında pilotların pensiyasının yenidən hesablanaraq azaldılması olub.  Ümumilikdə 76 pilot fonda qarşı iddia ilə çıxış edib. Onların arasında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin kapitanı olmuş, prezident tərəfindən Milli Qəhrəman adı verilmiş İqor Kşnyakin də olub.  Bakı İnzibati Məhkəməsi pilotların iddiasını təmin etsə də, DSMF apellyasiya şikayəti verib. Fond Kşnyakin istisna olmaqla, digər 75 pilot barədə aşağı instansiya məhkəməsinin qərarının ləğvini istəyib. Çünki həmin vaxta qədər artıq...

Seçilmiş Videolar

Toplum TV loqo