Siyasət

Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılmasına qərar verib 

1 May, 2026
236

meclis.gov.az

Milli Məclis Avropa Parlamenti ilə "bütün istiqamətlər üzrə" əlaqələrin dayandırılmasına qərar verib. 

Mayın 1-də verilən bəyanatda, həmçinin, Milli Məclisin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulması, eləcə də Avronest Parlament Assambleyasında üzvlüyünə xitam verilməsi barədə prosedur başlanılması barədə qərarlar qəbul edildiyi bildirilir. 

Qərarlara səbəb kimi Avropa Parlamentinin aprelin 30-da qəbul etdiyi qətnamə göstərilib. 

Həmin qətnamədə Ermənistanın Avropaya inteqrasiya istiqamətində islahatlara dəstək ifadə olunsa da, Azərbaycanda saxlanılan ermənilərin azadlığı və qarabağlı qaçqınların evlərinə qayıdışının təmin olunması da tələb olunur. 

Qətnamənin lehinə 476, əleyhinə 47 nəfər səs verib, 48 deputat bitərəf qalıb. 

Keçmiş diplomat, siyasi şərhçi Nahid Cəfərov isə düşünür ki, Avropa Parlamenti ilə əlaqələri dayandırmaq Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə xələl gətirməyəcək. 

"Azərbaycanın onsuz da Avropa Parlamenti ilə münasibətləri heç zaman normal olmayıb. İlham Əliyev Avropa institutları ilə işləməkdə maraqlı deyil. Çünki bu institutları neft-qaz deyil, insan hüquqları daha çox maraqlandırır. İlham Əliyev daha çox Avropa İttifaqına üzv olan dövlətlərlə fərdi müstəvidə əməkdaşlığa meyillidir. Çünki bu zaman Azərbaycanın təbii resurslarını təklif kimi masaya qoya, özü üçün müəyyən güzəştlər əldə edə bilir." 

Xəzər Tədqiqat və Analiz Mərkəzinin direktoru Elman Fəttah da sosial media hesabında yazıb ki, Azərbaycan fərdi ölkələrlə münasibətləri gücləndirməklə özünü Avropanın təzyiqlərindən qorumağa çalışır. 

"Bu strategiyanın əsas məqsədi ondan ibarətdir ki, Avropa İttifaqı daxilində Azərbaycan rejiminə qarşı vahid mövqe formalaşmasın. Çünki Avropa İttifaqında sanksiyaların tətbiqi üçün konsensus, yəni bütün üzv ölkələrin razılığı tələb olunur. Əgər bəzi ölkələr Azərbaycanla sıx enerji və iqtisadi əməkdaşlıq içindədirsə, onların sanksiyalara razılaşması çətinləşir."

Milli Məclis bildirib ki, Avropa Parlamenti son 10 ildə Azərbaycan əleyhinə "saxta məlumatları, yalan iddiaları və absurd ittihamları əks etdirən 10-dan artıq qətnamə qəbul etmişdir". 

"Bu gün demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən Avropa Parlamenti Azərbaycanofob və islamofob düşüncənin ardıcıl surətdə ifadə olunduğu struktura çevrilib. Əsas narahatlıq doğuran məqamlardan biri də budur ki, bu qurum yalnız Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına maneə törətmir. Bu həm də regionumuzda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi istiqamətində atılan addımlara qarşı çıxır, revanşist qüvvələri təhrik etməklə regionumuzu yenidən münaqişə ocağına çevirməyə cəhd göstərir. Bütün bunlar isə Avropa Parlamenti ilə əməkdaşlığın mahiyyətini heçə endirir”, - deyə qeyd olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo