Qanuna yeni dəyişiklik: "Əxlaqsız ifadələr"ə yer verən saytlara giriş bloklanacaq
Milli Məclis
Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna yeni dəyişikliyi qəbul edib.
Milli Məclisin iyulun 10-da keçirilən iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, internet informasiya ehtiyatlarına giriş müəyyən hallarda müvəqqəti olaraq məhdudlaşdırıla bilər.
Buraya narkotik, qumar və intiharın təbliği, pornoqrafik məzmun, əxlaqsız ifadələr, təhqir və şəxsi həyatın toxunulmazlığını pozan informasiyaların yerləşdirilməsi halları daxildir.
Qanun layihəsinə əsasən, bu cür informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə giriş icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”