Sosial

Azərbaycanda bu il azı 25 hərbçi qeyri-döyüş şəraitində vəfat edib 

26 İyun, 2026
17

Açıq mənbə

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. 

Azərbaycan ordusunda qeyri-döyüş şəraitində ölüm halları isə əvvəlki illərdə olduğu kimi davam edir. 

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun iyunun 22-ə olan məlumatına görə, bu il Azərbaycanda azı 25 hərbçi qeyri-döyüş şəraitində vəfat edib. 

Mətbuatda gedən məlumatlara əsasən, onların 4-ü müxtəlif xəstəliklər, 4-ü intihar, 6-ı avtomobil qəzası, 5-i bədbəxt hadisələr nəticəsində vəfat edib. Bədbəxt hadisələrdən 1-i suda boğulma, 1-i dağda sürüşmə, 2-si dəm qazından boğulma, 1-i isə hündür mərtəbədən yıxılma ilə bağlı olub.

Daha 6 nəfərin ölüm səbəbi barədə məlumat isə yoxdur. 

Ölən hərbi qulluqçulardan 15-i Müdafiə Nazirliyinin, 6-sı Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i Prezidentin Təhlükəsizlik Xidmətinin, 1-i Fövqəladə Hallar Nazirliyinin, 1-i isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbçisi olub.

Vəfat edənlərin 8-i əsgər, 3-ü zabit, 3-ü gizir, 3-ü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXQ), 3-ü isə kursant olub. Digərlərinin hərbi statusu məlum deyil. 

İnstitutun məlumatına görə, 2025-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ən azı 43 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

26 İyun 2026

Açıq mənbə

Elm və təhsil naziri Emin Əmrullayev bu yaxınlarda yerli mətbuata verdiyi müsahibədə iddia etdi ki, Azərbaycanda ali təhsil üçün tələb olunan ödənişlər inkişaf etmiş ölkələrdən ucuzdur.  Bu açıqlama ictimaiyyətdə müzakirələrə səbəb oldu, çünki bir çox Avropa ölkələrində dövlət universitetlərində təhsil pulsuzdur. Tənqidlərə cavab vermək istəyən nazirin fikrinə aydınlıq gətirmək cəhdi isə daha çox qınaq doğurdu.  E.Əmrullayev iyunun 24-də sosial media hesabında yazdı ki, "pulsuz təhsil dünyanın heç yerində yoxdur".  "Təhsil həmişə ödənişlidir. Misal kimi göstərilən Avstriya, Almaniya və Fransa kimi ölkələrdə ali təhsilin bakalavr pilləsində illik təhsil xərci 10-18 min avro təşkil edir. Avstriyada və ya Fransada tələbənin ödədiyi 500-1000...
Sosial

Milli Məclisdə yeni təklif: Polis şəxsi razılığı olmadan psixi müayinəyə apara bilər 

25 İyun 2026

meclis.gov.az

Milli Məclis "Psixiatriya yardımı haqqında” qanuna dəyişiklik etməyə hazırlaşır. İyunun 17-də parlamentin Səhiyyə komitəsində müzakirəyə çıxarılan dəyişikliyə görə, vətəndaşı öz razılığı olmadan polis qərarı ilə psixiatriya müayinəsinə aparmaq mümkün olacaq.  Xəbərə sosial şəbəkələrdə münasibət bildirən xeyli istifadəçi isə qanun layihəsinin xoşməramlılığına şübhə edib. Onlar iddia edir ki, bu cür qanun polisə istənilən şəxsi məcburi şəkildə psixi dispanserə yerləşdirmək imkanı tanıyacaq.  Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli də bu fikirdədir. O xatırladır ki, Sovet İttifaqında və nasist Almaniyasında bu cür qanunlar dissidentləri cəzalandırmaq üçün işlədilib.  “Sovet hakimiyyəti dövründə Xruşşov islahatlarından sonra azadfikirlilik genişləndiyi və Sovet İttifaqı dünyaya müəyyən qədər açıldığı üçün...

Seçilmiş Videolar

Toplum TV loqo