Sosial

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

26 İyun, 2026
28

Açıq mənbə

Elm və təhsil naziri Emin Əmrullayev bu yaxınlarda yerli mətbuata verdiyi müsahibədə iddia etdi ki, Azərbaycanda ali təhsil üçün tələb olunan ödənişlər inkişaf etmiş ölkələrdən ucuzdur. 

Bu açıqlama ictimaiyyətdə müzakirələrə səbəb oldu, çünki bir çox Avropa ölkələrində dövlət universitetlərində təhsil pulsuzdur. Tənqidlərə cavab vermək istəyən nazirin fikrinə aydınlıq gətirmək cəhdi isə daha çox qınaq doğurdu. 

E.Əmrullayev iyunun 24-də sosial media hesabında yazdı ki, "pulsuz təhsil dünyanın heç yerində yoxdur". 

"Təhsil həmişə ödənişlidir. Misal kimi göstərilən Avstriya, Almaniya və Fransa kimi ölkələrdə ali təhsilin bakalavr pilləsində illik təhsil xərci 10-18 min avro təşkil edir. Avstriyada və ya Fransada tələbənin ödədiyi 500-1000 avro məbləğ isə 1 semestr üçün qeydiyyat haqqıdır, yəni təhsil haqqı deyil. Başqa sözlə, bu ölkələrdə təhsil haqqı (və ya xərci) aşağı deyil, sadəcə olaraq bu xərc müəyyən sayda vətəndaş üçün dövlət tərəfindən qarşılanır", - o qeyd edib. 

Yeni açıqlamaya münasibət bildirən ekspertlər burada əsas problem kimi nazirin “təhsil haqqı” və “təhsil xərci” anlayışlarını eyniləşdirməsini görürlər. 

“Təhsil haqqı vətəndaşın cibindən çıxan puldur. Təhsil xərci isə həmin təhsilin təmin olunması üçün çəkilən ümumi xərcdir. Bunlar eyni və ya bir-birini əvəz edən anlayışlar deyil və birini digərinin yerinə təqdim etmək nazirin etdiyi manipulyasiyadır. Aydın məsələdir ki, vətəndaşı maraqlandıran ilk növbədə onun nə qədər ödədiyidir, universitetin ümumi xərc strukturu yox”, - iqtisadçı Rəşad Əliyev sosial media hesabında yazıb. 

O, nazirin dünyanın heç yerində təhsilin pulsuz olmadığı fikrinə cavab olaraq, “Təhsil haqqında” qanuna istinad edərək xatırladıb ki, Azərbaycanda ümumi orta təhsil pulsuzdur. 

“Aydındır ki, nə qanun, nə də “filan ölkədə təhsil pulsuzdur” (və ya daha ucuzdur) deyən vətəndaşlar təhsilin ümumiyyətlə heç bir xərc tələb etmədiyini iddia etmirlər. Bunu iddia etmək çox gülüncdür. Hamı çox yaxşı anlayır ki, təhsil haradansa maliyyələşir - bu halda təhsilin xərci dövlət büdcəsi hesabına qarşılanır, vətəndaş da həmin xidməti birbaşa öz cibindən ödəniş etmədən əldə edir”, - iqtisadçı əlavə edib. 

Sosial şəbəkələrdə nazirin açıqlamasına münasibət bildirən xeyli istifadəçi isə Azərbaycanda niyə ali məktəblərdə bütün tələbələr üçün təhsil haqqının dövlət tərəfindən qarşılanmadığını sual ediblər.

Azərbaycanda dövlət ali təhsil müəssisələrində bakalavr pilləsi üzrə təhsil alan 30 mindən çox tələbənin təhsil haqqını dövlət ödəyir, lakin bu, ümumi tələbə sayının təxminən yarısı edir. 

Ekspertlər düşünür ki, elm və təhsil naziri gətirdiyi arqumentlərlə dövlət universitetlərində təhsil haqlarının artırılmasına zəmin hazırlayır. Qanunvericiliyə görə, dövlət universitetləri təhsil haqqını artırmaq üçün Tarif Şurasına müraciət edir və yekunda qurum bu barədə qərar verir. 

“Nazir nəyə görə qaydalar və standartlar hazırlayıb təhsil haqqının təhsildə dəyər yaradacaq təhsil xərclərinə çevrilməsini təmin edərək təhsilin keyfiyyətini artırmağa çalışmır? Yaxud, nəyə görə təhsil haqqını azaldıb ali təhsilin əlçatanlığını artırmağa çalışmır? Əvəzində son vaxtlar ardıcıl olaraq təhsil haqqının artırılmasını, nəticə etibarilə ali təhsilə əlçatanlığın azalmasını təbliğ edir”, - iqtisadçı Elçin Rəşid sosial media hesabında yazıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Azərbaycanda bu il azı 25 hərbçi qeyri-döyüş şəraitində vəfat edib 

26 İyun 2026

Açıq mənbə

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.  Azərbaycan ordusunda qeyri-döyüş şəraitində ölüm halları isə əvvəlki illərdə olduğu kimi davam edir.  Xəzər Hərbi Tədqiqatlar İnstitutunun iyunun 22-ə olan məlumatına görə, bu il Azərbaycanda azı 25 hərbçi qeyri-döyüş şəraitində vəfat edib.  Mətbuatda gedən məlumatlara əsasən, onların 4-ü müxtəlif xəstəliklər, 4-ü intihar, 6-ı avtomobil qəzası, 5-i bədbəxt hadisələr nəticəsində vəfat edib. Bədbəxt hadisələrdən 1-i suda boğulma, 1-i dağda sürüşmə, 2-si dəm qazından boğulma, 1-i isə hündür mərtəbədən yıxılma ilə bağlı olub. Daha 6 nəfərin ölüm səbəbi barədə məlumat isə yoxdur.  Ölən hərbi qulluqçulardan 15-i Müdafiə Nazirliyinin, 6-sı Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili...
Sosial

Milli Məclisdə yeni təklif: Polis şəxsi razılığı olmadan psixi müayinəyə apara bilər 

25 İyun 2026

meclis.gov.az

Milli Məclis "Psixiatriya yardımı haqqında” qanuna dəyişiklik etməyə hazırlaşır. İyunun 17-də parlamentin Səhiyyə komitəsində müzakirəyə çıxarılan dəyişikliyə görə, vətəndaşı öz razılığı olmadan polis qərarı ilə psixiatriya müayinəsinə aparmaq mümkün olacaq.  Xəbərə sosial şəbəkələrdə münasibət bildirən xeyli istifadəçi isə qanun layihəsinin xoşməramlılığına şübhə edib. Onlar iddia edir ki, bu cür qanun polisə istənilən şəxsi məcburi şəkildə psixi dispanserə yerləşdirmək imkanı tanıyacaq.  Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli də bu fikirdədir. O xatırladır ki, Sovet İttifaqında və nasist Almaniyasında bu cür qanunlar dissidentləri cəzalandırmaq üçün işlədilib.  “Sovet hakimiyyəti dövründə Xruşşov islahatlarından sonra azadfikirlilik genişləndiyi və Sovet İttifaqı dünyaya müəyyən qədər açıldığı üçün...

Seçilmiş Videolar

Toplum TV loqo