Sosial

Bir ayda ikinci ölüm: DSX-nin daha bir əsgəri həyatını itirib

25 May, 2026
247

Sosial media

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Ramin Cəbrayılov hərbi xidməti başa vurmağına bir neçə ay qalmış ölüb. 

Bu barədə onun qohumu Şaiq Balakişiyev sosial media hesabında məlumat yayıb. 

Ş.Balakişiyevin sözlərinə görə, Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirərək hərbi xidmətə yollanan R.Cəbrayılov iyulda xidməti başa vurmalı idi. O əlavə edir ki, hərbi hissə rəhbərliyi əsgərin intihar nəticəsində öldüyünü deyib. 

"Yaşamaq, yaratmaq, ölkəyə xidmət etmək eşqi ilə yanan 26 yaşlı gənc niyə özünə qəsd etsin? Heç inandırıcı gəlmir. Son vaxtlar DSX-də belə müəmmalı ölüm halları çoxalıb", - o qeyd edib. 

Ş.Balakişiyev mayın 25-də etdiyi paylaşımda isə əsgərin dəfni zamanı polis və DSX əməkdaşlarının çəkilişə icazə vermədiyini bildirib. 

"DSX-də güllələnən dayım nəvəsinin qanı batmamalıdır. Ədalətli araşdırma tələb edirik. Dəfndə çəkilişə icazə vermədilər. Polis və DSX əməkdaşlarının gözü kənd camaatının əlində idi. Mən çəkiliş edirdim, polislərdən biri mənə yaxınlaşdı ki, çəkiliş olmaz. Dedim niyə? Dedi, rəhbərlik icazə vermir. Əgər əsgər özünə qəsd edibsə, nəyə görə o qədər polisi ora töküb çəkilişə imkan vermirlər, bunun adı nədir?", - o sual edib. 

R.Cəbrayılovun ölümü ilə bağlı hələ ki rəsmi açıqlama yoxdur. 

R.Cəbrayılov bu il ölən 5-ci, bu ay ölən 2-ci DSX əsgəridir. 

Belə ki, mayın əvvəlində hərbi xidmətə başlamış əsgər Hüseyn Əsədovun vəfat xəbəri yayılıb.

Yaxınlarının yaydığı məlumatda deyilirdi ki, o, ürək çatışmazlığından əziyyət çəkib, lakin sağlam kimi qeydiyyata alınaraq hərbi xidmətə aparılıb.

Ümumilikdə isə təkcə bu il azı 19 hərbçi qeyri-döyüş şəraitində ölüb. 

2025-ci ildə isə ən azı 43 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Milli Məclisdə yeni təklif: Polis şəxsi razılığı olmadan psixi müayinəyə apara bilər 

25 İyun 2026

meclis.gov.az

Milli Məclis "Psixiatriya yardımı haqqında” qanuna dəyişiklik etməyə hazırlaşır. İyunun 17-də parlamentin Səhiyyə komitəsində müzakirəyə çıxarılan dəyişikliyə görə, vətəndaşı öz razılığı olmadan polis qərarı ilə psixiatriya müayinəsinə aparmaq mümkün olacaq.  Xəbərə sosial şəbəkələrdə münasibət bildirən xeyli istifadəçi isə qanun layihəsinin xoşməramlılığına şübhə edib. Onlar iddia edir ki, bu cür qanun polisə istənilən şəxsi məcburi şəkildə psixi dispanserə yerləşdirmək imkanı tanıyacaq.  Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli də bu fikirdədir. O xatırladır ki, Sovet İttifaqında və nasist Almaniyasında bu cür qanunlar dissidentləri cəzalandırmaq üçün işlədilib.  “Sovet hakimiyyəti dövründə Xruşşov islahatlarından sonra azadfikirlilik genişləndiyi və Sovet İttifaqı dünyaya müəyyən qədər açıldığı üçün...
Sosial

“Naxçıvan TV” əməkdaşları: “Bu qədər laqeyd münasibət görməmişik, etiraz aksiyasına hazırlaşırıq”

17 İyun 2026

Azərtac

Naxçıvan Dövlət Televiziyasının bir qrup əməkdaşı maaşların azaldılması, əmək hüquqlarının pozulması və idarədəki vəziyyətlə bağlı narazılıqlarını ifadə edərək, Naxçıvan Ali Məclisinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırdıqlarını bildiriblər. Əməkdaşlar bununla bağlı “Gündəlik Naxçıvan” vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, işçilər əmək haqqları aşağıdır və bu, müntəzəm narazılığa səbəb olur. “Naxçıvan Televiziyasının tarixində bəlkə də heç bir dövrdə əməkdaşlara qarşı bu qədər laqeyd münasibət müşahidə olunmayıb. Hazırda bir çox əməkdaş 450-500 manat əməkhaqqı ilə fəaliyyət göstərir. Onsuz da ağır olan sosial vəziyyət fonunda əməkdaşların qanuni hüquqlarının məhdudlaşdırılması kollektivdə narazılığı daha da artırır”, - müraciətdə bildirilir. Əməkdaşlar əsas problemlərdən biri kimi...

Seçilmiş Videolar

Toplum TV loqo