Dünya

Putin istefa verən Cənubi Osetiya rəhbərini özünə müşavir təyin etdi

24 iyun, 2026
118

kremlin.ru

Tanınmayan Cənubi Osetiyanın rəhbəri Alan Qaqloyev istefa verib və Rusiya prezidenti Vladimir Putinin müşaviri təyin olunub.

Kremlin yaydığı məlumata görə, Vladimir Putin bununla bağlı müvafiq fərman imzalayıb.

Rusiya prezidentinin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, Alan Qaqloyevin səlahiyyətlərini müvəqqəti olaraq Marat Kambolov icra edəcək.

Marat Kambolov daha əvvəl Qaqloyevin müşaviri, həmçinin tanınmamış respublikanın hökumət sədri vəzifələrində çalışıb. O, müxtəlif illərdə Rusiyanın təhsil nazirinin müavini olub, daha sonra isə nüvə fizikası sahəsində tədqiqatlar aparan Kurçatov İnstitutu Milli Tədqiqat Mərkəzinə rəhbərlik edib.

Dünyanın əksər dövlətləri Cənubi Osetiyanı Gürcüstanın nəzarətindən kənarda qalan ərazisi hesab edir. Rusiya isə 2008-ci ildə Gürcüstanla baş vermiş müharibədən sonra regionun müstəqilliyini tanıyıb.

Hazırda Cənubi Osetiyada Rusiya hərbi qüvvələri yerləşir. Yerli əhalinin böyük əksəriyyəti isə Rusiya vətəndaşlığına malikdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İtaliyada antisemitizm qanunu qəbul edilib

20 noyabr 2026

Quirinale.it

İtaliya parlamentinin Deputatlar Palatası antisemitizmlə mübarizə haqqında qanun layihəsini yekun səsvermədə qəbul edib. “Euronews”un məlumatına görə, layihənin lehinə 147 deputat səs verib, 93 deputat əleyhinə çıxıb, 5 deputat isə bitərəf qalıb. Qanun layihəsi antisemitizmin müəyyənləşdirilməsi üçün Beynəlxalq Holokost Xatirəsi Alyansının (IHRA) 2016-cı ildə qəbul etdiyi tərifi əsas götürür. Məhz bu tərif müxalifət daxilində fikir ayrılığı yaradıb. Demokratik Partiya, Beş Ulduz Hərəkatı, Yaşıllar və Sol Alyans (AVS) layihənin əleyhinə səs verib. Bununla belə, Demokratik Partiyanın deputatı Piero Fassino və partiyanın bir neçə digər üzvü partiyanın ümumi mövqeyindən fərqli olaraq qanunu dəstəkləyib. “Italia Viva” və “Azione” isə layihənin lehinə səs verib. Təklif...
Dünya

Paşinyan: “Yeni Konstitusiya qəbul olunmasa, istefa verəcəyəm”

20 noyabr 2026

sosial media

Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulunu siyasi gələcəyi ilə əlaqələndirib. O bildirib ki, sənəd referendumda təsdiqlənməzsə, istefa verəcək, qəbul ediləcəyi halda isə növbəti parlament seçkilərində namizəd olmayacaq. Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi Bakı ilə sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü şərtlərdən biridir. Azərbaycan Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində ölkəsinə qarşı ərazi iddialarının yer aldığını bildirir. Tərəflər 2025-ci ilin avqustunda sülh sazişini paraflasalar da, sənəd hələ imzalanmayıb. Parlament sədrinin müavini Vaaqn Aleksanyan yeni Konstitusiya layihəsinin bir neçə gün ərzində ictimaiyyətə təqdim ediləcəyini deyib. Hakimiyyət layihədə Müstəqillik Bəyannaməsinə istinadın yer almayacağını bildirib. Bu, Azərbaycanın tələbinə uyğun addım kimi qiymətləndirilir....

Seçilmiş Videolar

Toplum TV loqo