açıq mənbədən götürülüb
Keşlə bazarında işləyən şəxslərə yanvarın 1-nə qədər bazardakı malları çıxarmağı və ərazini təhvil verməyi tapşırıblar. Bazarda fəaliyyət göstərən icarədarlar bundan narazıdırlar (“Qafqazinfo”).
Onlar prosesin azı 4 ay sonraya keçirilməsini istəyirlər. “Bizə deyiblər ki, bura 1 həftəyə boşaldılmalıdır. Mən mağazanı o vaxt ərzində necə boşaldım? 3-4 banka kredit ödəyirəm. Evdə otura-otura o krediti necə ödəyim?”
İcarədarlar bazarda 2 min adamın işlədiyini deyir və onlara yeni yer verilməsini istəyirlər. “120 ton nar vurmuşam. Mən o narı nə edim? Heç olmasa, yer versinlər, mart ayına kimi müddəti artırsınlar, malımızı sataq, sonra çıxaq”.
Keşlə bazarının ərazisinə nəzarət edən şəxs isə bildirir ki, ona elə dünən məlumat verilib. Bazarın sökülməsinə səbəb həmin ərazidə yeni avtomobil yolu çəkmək planıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, bazar rəhbərliyinə hələ aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılmasıyla bağlı tapşırıq verilib, amma rəhbərlik məsələni gecikdirib: “Bu yaxınlarda son xəbərdarlıq edilib. Ərazi qısa müddətə boşaldılmalıdır ki, yol çəkilişi başlasın”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Dma.gov.az
açıq mənbədən götürülüb
Suriyada kim qalib gəldi?
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar