Sosial

“Çirklənmə indeksi”nə görə Azərbaycan 82-ci yerdədir

23 Yanvar, 2025
81

sosial media

“Çirklənmə indeksi – 2025” (“Pollution Index 2025”) adlı hesabatda Azərbaycan ekoloji baxımdan çirklənmiş ölkələr sırasında yer alıb.

Bu haqda Meydan TV məlumat yayıb.

Azərbaycan çirklənmə səviyyəsinə görə 113 ölkə arasında 82-ci sırada qərarlaşıb, çirklənmə indeksi isə 72,7-dir.

Reytinq hazırlanarkən, müxtəlif ölkələrin şəhərlərində hava və suyun, həmçinin işıq, səs-küyün çirklənməsi, tullantıların utilizasiyasının keyfiyyəti, yaşıllıq səviyyəsi, hətta həyatın rahatlığı da nəzərə alınır.

Hesabatda qeyd olunur ki, 113 ölkənin yer aldığı siyahıda Finlandiya birincidir, və bu ölkədə çirklənmə səviyyəsi 100 ballıq şkalada cəmi 11,8-dir.

Reytinq siyahısında Belarus 33-cü, Özbəkistan 42-ci, Rusiya 53-cü, Moldova 58-ci, Ukrayna 59-cu, Ermənistan 60-cı, Türkiyə 67-ci, Gürcüstan 72-ci yerdə qərarlaşıb.

Region ölkələrindən yalnız Qazaxıstan (86) və İran (91) Azərbaycandan sonra gəlir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Azərbaycanda qadınlar kişilərdən 31,2% az maaş alır

24 Yanvar 2025

Toplum TV

Azərbaycanda qadınların aldığı əmək haqqı kişilərin aldığı əmək haqqından 31,2% azdır  (Yeniavaz).  Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda muzdla işləyən qadınların orta aylıq əmək haqqı 735,7 manat, kişilərin orta aylıq əmək haqqı isə 1 069,3 manat olub. 
Belə görünür ki, iqtisadiyyatın heç bir sahəsində qadınlar kişlərdən yüksək maaş almırlar. Ən kəskin fərq peşə, elm və texniki fəaliyyət sahəsində işləyənlərin əmək haqqında müşahidə olunub. Bu sahələrdə işləyən qadınların orta aylıq əmək haqqı 1032,7 manat olduğu halda, kişilərin orta aylıq əmək haqqı 2 001,2 manat olub. Qadınların maaşı kişilərin maaşından təxminən 2 dəfə az olub. Maaşlar arasındakı ən az fərq isə təhsil...
Sosial

Təyyarəyə üç xarici təsir olub - AZAL rəsmisi

29 Dekabr 2024

Trend

Təyyarəyə üç xarici təsir olub və nəticədə qəza baş verib. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov bunu hava limanındakı vida mərasimində deyib (APA). O bildirib ki, qara qutu artıq açılıb. "İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanları təyyarəni qəbul etməyiblər. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir" deyə,  Əmirov əlavə edib. Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə...

Seçilmiş Videolar

Toplum TV loqo