Dünya

BMT Rusiyanın Ukraynaya təzminat ödəməsi ilə bağlı qətnamə qəbul edib

15 Noyabr, 2022
2431

Açıq mənbələrdən götürülüb

BMT Baş Assambleyası bazar ertəsi, noyabrın 14-də Rusiyanın Ukraynaya təzminat ödəməli olduğunu bildirən qətnamə qəbul edib. 

Bu barədə “Reuters” məlumat yayıb.

Qətnaməni Assambleyanın 193 üzvündən 94-ü dəstəkləyib. Sənədin əleyhinə səs verən 14 ölkə  arasında Belarus, Kuba, İran və Zimbabve kimi ölkələr var. Təşkilatın 73 üzvü isə bitərəf qalıb. Azərbaycan və daha bir neçə ölkə səsvermədə iştirak etməyib. 

https://toplum.tv/dunya/nato-nun-bas-katibi-rusiyani-qiymetlendirmemekle-sehve-yol-vermemeliyik

Beləliklə, BMT Baş Assambleyasının qətnaməsinə görə, Rusiya Ukraynaya qarşı müharibəyə başlamaqla beynəlxalq hüququ pozub və “zərərə görə kompensasiya da daxil olmaqla, hüquqi məsuliyyət daşımalı”dır. Sənəddə həmçinin Ukraynaya müharibə nəticəsində dəymiş və uğrayacağı zərərin qeydə alınması və ödənilməsi üçün xüsusi beynəlxalq mexanizm yaradılması təklif edilir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Baş Assambleyanın qərarını belə şərh edib: "Bizim qondarma ziyan üçün vəsaitin haradan cəlb olunacağına dair şübhəmiz yoxdur. Qərb əlindən gələni edir ki, Rusiya Federasiyasından oğurlanmış yüz milyardlarla dollar dəyərində dondurulmuş, suveren aktivləri xərcləməyə başlamaq üçün öz hərəkətlərinə bir qədər legitimlik qazandırsın". 

BMT Baş Assambleyasının qətnamələri BMT Təhlükəsizlik Şurasının qətnamələrindən fərqli olaraq məcburi xarakter daşımır. Onların yalnız siyasi əhəmiyyəti var. Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququna malikdir və ona qarşı yönəlmiş istənilən sənədi bloklayır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Almaniyadan Tacikistana göndərilən müxalifət fəalı ölkəyə çatan kimi saxlanılıb

23 İyun 2026

Sosial media

Almaniya tacikistanlı müxalifət fəalı Əsədullo Boboyevi deportasiya edib. Bu barədə “Azadlıq Radiosu”nun tacik xidməti məlumat yayıb. Məlumata görə, Boboyev və onun 19 yaşlı oğlu 2026-cı il iyunun 8-də Almaniyanın Kleve rayonunda saxlanılıblar. Onlara iyulun 1-dək Almaniyada qalmaq hüquqlarını əsaslandırmaq üçün vaxt verilsə də, müdafiə tərəfinin Tacikistanda təqib və işgəncə riski ilə bağlı təqdim etdiyi sənədlərə baxmayaraq, məhkəmə onların deportasiyasına qərar verib. Fəalın deportasiya edildiyini Avropada fəaliyyət göstərən “Tacikistanın İslahatları və İnkişafı” müxalifət hərəkatının rəhbəri Şərofiddin Qadoyev də təsdiqləyib. “Vəkilimiz vasitəsilə Almaniya məhkəməsinə Əsədullo Boboyevin Tacikistanda təqibə, işgəncələrə və cəzalandırılmaya məruz qalacağına dair onlarla səhifəlik fakt və sübut təqdim etmişdik. Lakin...
Dünya

Qəzza rəsmiləri: "Atəşkəsdən bəri 1000-dən çox sakin öldürülüb" 

23 İyun 2026

Getty Images

Qəzzada ötən ilin oktyabrında qüvvəyə minən atəşkəsdən bəri öldürülən fələstinlilərin sayının 1000-i ötdüyü bildirilir.  Qəzzanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, ötən həftə İsrail ordusunun Qəzzanın cənubunda Muvasi qaçqın düşərgəsinə açdığı atəş nəticəsində iki nəfər ölüb, daha altı nəfər yaralanıb. Atəşkəsdən bəri ölənlərin ümumi sayının 1005-ə çatdığı, onların 265-inin uşaqlar olduğu deyilir.  İsrail Müdafiə Qüvvələri (IDF) atəşin terrorçuları hədəf aldığını iddia edib. IDF bir qayda olaraq sadəcə Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının atəşkəsi pozmasına cavab verdiyini deyir. HƏMAS isə iddianı qəbul etmir.  Eyni zamanda, atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzza zolağı daxilində mövqelərini genişləndirdiyi, hazırda zolağın 65 faizinə nəzarət etdiyi bildirilir.  Qəzza rəsmiləri...

Seçilmiş Videolar

Toplum TV loqo