Dünya

BMT, Türkiyə və Ukrayna taxıl ilə bağlı Rusiyasız razılığa gəldi

31 Oktyabr, 2022
2242

Açıq mənbələrdən götürülüb

Oktyabrın 31-də Birləşmiş Millətlər Təşkilatı (BMT), Ankara və Kiyev Ukrayna taxılının ixracına dair saziş çərçivəsində 16 gəminin Qara dəniz üzərindən hərəkətini koordinasiya edib. Gəmilər Türkiyənin ərazi sularındadır. 

Bu barədə “Reuters” məlumat yayıb. Razılaşmalar Rusiyanın iştirakı olmadan, Moskvanın Ukrayna limanlarından ərzaq ixracına icazə verən taxıl sazişindən çıxmasından bir gün sonra əldə edilib.

Rusiya, Ukrayna, Türkiyə nümayəndələrinin, eləcə də BMT əməkdaşlarının çalışdığı İstanbuldakı Birgə Koordinasiya Mərkəzindən verilən açıqlamada, Türkiyə, Ukrayna və BMT-nin Ukrayna limanlarından çıxan 40 gəmidə yoxlamalar aparmağa da razılaşdığı bildirilib. Bildirilib ki, Rusiya nümayəndə heyəti bu planlar barədə məlumatlandırılıb.

https://toplum.tv/dunya/abs-dan-putine-cavab-moskva-oz-qonsularinin-suverenliyine-hormet-etmir

İyulun 22-də BMT və Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında “taxıl müqaviləsi” bağlanıb. İlk ərzaq gəmisi avqustun 1-də Odessadan yola düşüb.

BMT-nin məlumatına görə, avqustun 1-dən oktyabrın 28-dək Ukrayna limanlarından 9 milyon tondan çox taxıl və digər ərzaq məhsulları daşınıb.

Oktyabrın 29-da ilhaq edilmiş Sevastopolda hərbi gəmilərə pilotsuz təyyarələrin hücumundan sonra Rusiya “taxıl müqaviləsi”ndə iştirakını qeyri-müəyyən müddətə dayandırıb, Ukrayna bu barədə rəsmi məlumat verməyib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin edilməsində iştirak edən gəmilərə hücum edilib.

Rusiya Xarici İşlər Nazirliyi hücuma görə Ukraynanı günahlandırıb. Bildirilib ki, Ukraynaya britaniyalı mütəxəssislər kömək edib. London da bu iddialar rədd edib, Kiyevdə isə Moskvanın öz öhdəliklərini yerinə yetirməyi dayandırmaq üçün ancaq bəhanə axtardığını bildiriblər.

ABŞ və Aİ Moskvanı bu qərarından dönməyə çağırıb. BMT və Türkiyə taxıl müqaviləsini təhlükə altına qoyan addımlara qarşı çıxıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo