Dünya

BMT: Ukraynadan qaçqın düşənlərin sayı 6 milyonu keçib

13 May, 2022
2239

açıq mənbədən götürülüb

Rusiyanın 24 fevralda Ukraynaya hərbi müdaxiləsindən sonra 6 milyondan çox ukraynalı ölkəsini tərk edib.

Bu statistika BMT-nin İnsan Haqları Şurasının Cenevrədə baş tutan xüsusi sessiyasında səslənib.

Sesssiya Ukraynada mülki əhaliyə qarşı törədilənlərdən narahatlığın artmasına görə baş tutub.

BMT-nin insan hüquqları üzrə komissarı Mişel Baçelet bildirib ki, itkilərin çoxuna görə Rusiya qüvvələri məsuliyyət daşıyır.

Onun sözlərinə görə, təkcə Kiyev vilayətində 1000 mülki cəsəd tapılıb. Bəziləri döyüşlərdə həlak olub, lakin digərləri qətlə yetirilib.

“Mülki əhalinin çoxu qəsdən, snayperlər və əsgərlər tərəfindən qətlə yetirilib. Mülki insanlar yolu keçərkən və ya yemək və su axtarmaq üçün sığınacaqlarını tərk edərkən öldürülüb. Digərləri isə maşınlarına minib qaçarkən həlak olublar”.

BMT-nin hüquqları üzrə komissarı Mişel Baçelet bildirib.

O, əlavə edib ki, Kiyev vilayətinin Katyujanka kəndində gənc cütlük, onların 14 yaşlı qızı və baba evlərinə getmək istəyərkən rus əsgərləri tərəfindən güllələnib. Valideynlər həlak olub, uşaq isə iki güllə yarası alıb.

Bildirilib ki, son statistikaya görə digər ölkələrə sığınan ukraynalıların sayı 6 029 705 nəfərdir. Onların 90%-ni qadın və uşaqlar təşkil edir. 18-60 yaş arası kişilərin ölkədən çıxışına icazə verilmir.

BMT ehtimal edir ki, ilin sonunadək ukraynalı qaçqın sayı 8 milyon nəfəri keçəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Almaniyadan Tacikistana göndərilən müxalifət fəalı ölkəyə çatan kimi saxlanılıb

23 İyun 2026

Sosial media

Almaniya tacikistanlı müxalifət fəalı Əsədullo Boboyevi deportasiya edib. Bu barədə “Azadlıq Radiosu”nun tacik xidməti məlumat yayıb. Məlumata görə, Boboyev və onun 19 yaşlı oğlu 2026-cı il iyunun 8-də Almaniyanın Kleve rayonunda saxlanılıblar. Onlara iyulun 1-dək Almaniyada qalmaq hüquqlarını əsaslandırmaq üçün vaxt verilsə də, müdafiə tərəfinin Tacikistanda təqib və işgəncə riski ilə bağlı təqdim etdiyi sənədlərə baxmayaraq, məhkəmə onların deportasiyasına qərar verib. Fəalın deportasiya edildiyini Avropada fəaliyyət göstərən “Tacikistanın İslahatları və İnkişafı” müxalifət hərəkatının rəhbəri Şərofiddin Qadoyev də təsdiqləyib. “Vəkilimiz vasitəsilə Almaniya məhkəməsinə Əsədullo Boboyevin Tacikistanda təqibə, işgəncələrə və cəzalandırılmaya məruz qalacağına dair onlarla səhifəlik fakt və sübut təqdim etmişdik. Lakin...
Dünya

Qəzza rəsmiləri: "Atəşkəsdən bəri 1000-dən çox sakin öldürülüb" 

23 İyun 2026

Getty Images

Qəzzada ötən ilin oktyabrında qüvvəyə minən atəşkəsdən bəri öldürülən fələstinlilərin sayının 1000-i ötdüyü bildirilir.  Qəzzanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, ötən həftə İsrail ordusunun Qəzzanın cənubunda Muvasi qaçqın düşərgəsinə açdığı atəş nəticəsində iki nəfər ölüb, daha altı nəfər yaralanıb. Atəşkəsdən bəri ölənlərin ümumi sayının 1005-ə çatdığı, onların 265-inin uşaqlar olduğu deyilir.  İsrail Müdafiə Qüvvələri (IDF) atəşin terrorçuları hədəf aldığını iddia edib. IDF bir qayda olaraq sadəcə Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının atəşkəsi pozmasına cavab verdiyini deyir. HƏMAS isə iddianı qəbul etmir.  Eyni zamanda, atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzza zolağı daxilində mövqelərini genişləndirdiyi, hazırda zolağın 65 faizinə nəzarət etdiyi bildirilir.  Qəzza rəsmiləri...

Seçilmiş Videolar

Toplum TV loqo