Dünya

Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul etdi

24 İyul, 2026
120

X / EU Council

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib. İyulun 23-də təsdiqlənən yeni paket çərçivəsində 48 fiziki və 170 hüquqi şəxs olmaqla, ümumilikdə 218 yeni subyekt sanksiya siyahısına salınıb. Bu, son dörd ildə Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya paketləri arasında ən geniş siyahıdır.

Maliyyə sektorunda 94 bank və iri maliyyə qurumunun aktivləri dondurulub. Daha 33 Rusiya bankına qarşı maliyyə əməliyyatlarına qadağa qoyulub. Bir neçə ölkədə fəaliyyət göstərən kriptovalyuta platformaları da sanksiyalara məruz qalıb.

Neft sektorunda 18 şirkət və bir fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib. Sanksiya siyahısına Rusiyada fəaliyyət göstərən üç neft emalı zavodu, Belarusun iri neft emalı müəssisələrindən biri, Belarus neft məhsullarının Rusiyada satışını həyata keçirən şirkət və Rusiya neftini emal edən Gürcüstanın Kulevi limanındakı zavod daxil edilib. Beş neft treyderinə qarşı da sanksiyalar tətbiq olunub.

Aİ həmçinin neftin qiymətinə tətbiq olunan həddi avtomatik şəkildə yenilənməsini bir il müddətinə dayandırıb. Buna görə də qiymət həddi 2027-ci ilin iyuluna qədər dəyişməyəcək və bir barel üçün 44,1 dollar təşkil edəcək. Bundan başqa, Rusiyanın neft daşıdığı güman edilən “kölgə donanmasına” daha 41 gəmi əlavə olunub.

Təbliğat və hərbi cinayətlərə görə Rusiya hərbi təbliğatını yayan səkkiz şəxsə qarşı da məhdudiyyətlər tətbiq edilib. Həmçinin Ukrayna hərbçilərinə, o cümlədən hərbi əsirlərə qarşı işgəncə və edamlarda, eləcə də onların meyitlərinə qarşı təhqiramiz davranışda ittiham olunan general-mayor da sanksiyaya məruz qalıb.

Yeni sanksiya paketi Rusiyanın tərəfində döyüşən şəxslərə viza qadağasının tətbiqinə də imkan verəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Dnepr şəhərində dəmir yolu vağzalına dron hücumu: azı 14 nəfər ölüb

29 Oktyabr 2026

BBC

Ukraynanın Dnepr şəhərindəki əsas dəmir yolu vağzalına Rusiyanın dron hücumu nəticəsində azı 14 nəfər həlak olub, 10 nəfər yaralanıb. "Reuters" xəbər verir ki, reaktiv dron sərnişinlərin Zaporojye şəhərinə yola düşən qatara minmək üçün toplandığı platformanı vurub. Dnepr şəhərinin meri Boris Filatov “Telegram” kanalında hücum nəticəsində çox sayda insanın öldüyünü və yaralandığını bildirib.  Ukraynanın dövlət dəmir yolu şirkəti “Ukrzaliznıtsya” isə təhlükənin artması barədə xəbərdarlığa baxmayaraq, platformada sərnişinlərin olduğunu və hadisə yerində xilasetmə qruplarının işlədiyini açıqlayıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, oktyabrın 29-da yerli vaxtla saat 11:00 radələrində Dnepr istiqamətində Rusiyaya məxsus dörd reaktiv dron hücum edib.  “Kyiv Independent” nəşrinin Hərbi...
Dünya

İspaniyada sürət qatarları toqquşub, azı 40 nəfər həlak olub

28 Oktyabr 2026

sosial media

Oktyabrın 28-də İspaniyanın mərkəzində iki sürət qatarının toqquşması nəticəsində azı 40 nəfər həlak olub.  “Reuters” agentliyinin yaydığı məlumata görə, qəza Toledo əyalətində, Urda yaxınlığında Madrid–Sevilya yüksək sürətli dəmir yolu xəttində baş verib. İlkin məlumatlara əsasən, Renfe dövlət dəmir yolu şirkətinə məxsus qatar dayanmış digər qatarın arxasına çırpılıb. Toqquşma nəticəsində iki vaqon relsdən çıxıb. Castilya-La Mança muxtar bölgəsinin rəsmiləri ölənlərin sayının əvvəlcə 10 nəfər olduğunu, daha sonra isə 46-a yüksəldiyini bildiriblər. Qəzanın səbəbi ilə bağlı araşdırma davam edir. Həlak olanların sayının artacağı ehtimal olunur. Hadisədən sonra Madridlə Əndəlüs bölgəsi arasındakı yüksək sürətli dəmir yolu xəttində hərəkət dayandırılıb. Bu il yanvar ayında...

Seçilmiş Videolar

Toplum TV loqo