Dünya

Putin: "Qərb Rusiyaya qarşı sanksiyaların sayında rekord qırır, amma özlərinə zərər verir"

27 İyul, 2026
111

kremlin.ru

Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqının (Aİ) ölkəsinə qarşı qəbul etdiyi sanksiyalardan danışıb. 

O, iyulun 27-də Dumada çıxışı zamanı deyib ki, Qərb ölkələri bu sanksiyalarla rekord qırır.

"İki meyar üzrə rekord qırırlar: həm tətbiq edilən sanksiyaların sayına görə, həm də onların faydasızlığına görə. Bu sanksiyaların vurduğu zərər isə ilk növbədə onların müəlliflərinə və təşəbbüskarlarına, eləcə də bəzi Avropa ölkələri və digər dövlətlərin xalqlarına dəyir", - o əlavə edib. 

Putin çıxışının digər hissəsində Ukraynada davam edən müharibəyə toxunaraq deyib ki, ölkəsi "qarşıya qoyulan bütün məqsədlərə çatacaq". 

İyulun 23-də Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib. Yeni paket çərçivəsində 48 fiziki və 170 hüquqi şəxs olmaqla, ümumilikdə 218 yeni subyekt sanksiya siyahısına salınıb. Bu, son dörd ildə Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya paketləri arasında ən geniş siyahıdır.

Ukrayna prezidenti Volodimir Zelenski isə iyulun 25-də etdiyi videomüraciətdə Putinin səfərbərliyə hazırlaşdığını iddia edib. 

"Putin sadəcə olaraq müharibəyə daha çox rus göndərməyə hazırlaşır. O, bunu fərqli sözlər və mesajlarla ört-basdır etməyə çalışır, amma əslində hazırlaşdığı məhz budur. Tərəfdaşlarımızla birlikdə Rusiyaya kifayət qədər təzyiq göstərməyimiz həyati əhəmiyyət daşıyır ki, bu təcavüzə son qoymaq ideyası üstünlük təşkil etsin – yeni bir Rusiya səfərbərliyi deyil, sülh ideyası", - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Dnepr şəhərində dəmir yolu vağzalına dron hücumu: azı 14 nəfər ölüb

29 Oktyabr 2026

BBC

Ukraynanın Dnepr şəhərindəki əsas dəmir yolu vağzalına Rusiyanın dron hücumu nəticəsində azı 14 nəfər həlak olub, 10 nəfər yaralanıb. "Reuters" xəbər verir ki, reaktiv dron sərnişinlərin Zaporojye şəhərinə yola düşən qatara minmək üçün toplandığı platformanı vurub. Dnepr şəhərinin meri Boris Filatov “Telegram” kanalında hücum nəticəsində çox sayda insanın öldüyünü və yaralandığını bildirib.  Ukraynanın dövlət dəmir yolu şirkəti “Ukrzaliznıtsya” isə təhlükənin artması barədə xəbərdarlığa baxmayaraq, platformada sərnişinlərin olduğunu və hadisə yerində xilasetmə qruplarının işlədiyini açıqlayıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, oktyabrın 29-da yerli vaxtla saat 11:00 radələrində Dnepr istiqamətində Rusiyaya məxsus dörd reaktiv dron hücum edib.  “Kyiv Independent” nəşrinin Hərbi...
Dünya

İspaniyada sürət qatarları toqquşub, azı 40 nəfər həlak olub

28 Oktyabr 2026

sosial media

Oktyabrın 28-də İspaniyanın mərkəzində iki sürət qatarının toqquşması nəticəsində azı 40 nəfər həlak olub.  “Reuters” agentliyinin yaydığı məlumata görə, qəza Toledo əyalətində, Urda yaxınlığında Madrid–Sevilya yüksək sürətli dəmir yolu xəttində baş verib. İlkin məlumatlara əsasən, Renfe dövlət dəmir yolu şirkətinə məxsus qatar dayanmış digər qatarın arxasına çırpılıb. Toqquşma nəticəsində iki vaqon relsdən çıxıb. Castilya-La Mança muxtar bölgəsinin rəsmiləri ölənlərin sayının əvvəlcə 10 nəfər olduğunu, daha sonra isə 46-a yüksəldiyini bildiriblər. Qəzanın səbəbi ilə bağlı araşdırma davam edir. Həlak olanların sayının artacağı ehtimal olunur. Hadisədən sonra Madridlə Əndəlüs bölgəsi arasındakı yüksək sürətli dəmir yolu xəttində hərəkət dayandırılıb. Bu il yanvar ayında...

Seçilmiş Videolar

Toplum TV loqo