Dünya

Ər-Riyad: İran Səudiyyə Ərəbistanına hücuma hazırlaşır

2 Noyabr, 2022
2078

Açıq mənbələrdən götürülüb

Ər-Riyad Vaşinqtona İranın Səudiyyə Ərəbistanındakı hədəflərə “qaçılmaz hücumu” barədə kəşfiyyat məlumatları ötürüb. Bu da ABŞ və Yaxın Şərqdəki digər hərbi qüvvələrin döyüş hazırlığının artmasına səbəb olub. 

Bu barədə “The Wall Street Journal” krallıq və ABŞ-dakı mənbələrinə istinadən xəbər verir.

İranın Kəşfiyyat Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ, Böyük Britaniya, İsrail və Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarını hicabı düzgün taxmadığına görə əxlaq polisi tərəfindən saxlanılan fəal Məhsa Əmininin ölümü ilə bağlı etiraz aksiyalarını planlaşdırmaqda və həyata keçirməkdə ittiham edir.

https://toplum.tv/dunya/resmi-tehran-iran-azerbaycaninda-mossad-agentlerinin-saxlanildigini-bildirir

Səudiyyə Ərəbistanı rəsmilərinin bəyanatına görə, İran diqqəti daxili etirazlardan yayındırmaq üçün İraqın Ərbil şəhəri ilə yanaşı krallığa da hücumlar planlaşdırır.

ABŞ, Səudiyyə Ərəbistanı və regionun bir sıra ölkələri öz silahlı qüvvələrinin döyüş hazırlığının səviyyəsini artırıblar, "The Wall Street Journal" yazır.

Keçən ay İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Səudiyyə Ərəbistanına İrandakı etirazların mətbuatda işıqlandırılmasını məhdudlaşdırması ilə bağlı xəbərdarlıq etmişdi. İranın Şərqi Azərbaycan əyalətində keçirilən hərbi təlimdə general-mayor Hüseyn Səlami deyib: “Bu bizim son xəbərdarlığımızdır, çünki siz bu media vasitəsilə daxili işlərimizə qarışırsınız”.

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ay yarımdır ki, etirazlar davam edir. Etirazçılar onun qətlində polisi ittiham edirlər. Nümayişlərin dağıdılması zamanı,  odlu silahdan da istifadə edilib. Nəticədə, 200-dən çox insan həlak olub, mindən çox insan həbs edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo