Dünya

Hüquq müdafiəçiləri: “Təkcə iyul ayında İranda azı 71 nəfər edam edilib”

7 avqust, 2026
136

IHRNGO

İranda 2026-cı ilin ilk yeddi ayı ərzində azı 444 nəfər edam edilib. Onlardan 71-i təkcə iyul ayında edam olunub.

Bu barədə avqustun 6-da İran İnsan Haqları Təşkilatı (IHRNGO) məlumat yayıb.

Təşkilatın məlumatına görə, iyul ayında edam olunanlardan 36 nəfər qətl, 26 nəfər narkotiklə bağlı cinayətlər, 8 nəfər milli təhlükəsizlik ittihamları, 1 nəfər isə zorlama ittihamı ilə ölüm cəzasına məhkum edilib. Edam olunanlar arasında 6 etirazçı da olub.

Hüquq müdafiəçilərinin hesabatına əsasən, ilin əvvəlindən indiyədək edam edilənlər arasında 12 qadın, 17 xarici ölkə vətəndaşı və 80 etnik azlığın nümayəndəsi var. Həmçinin edam olunanlar arasında 28 etirazçı (26 nəfəri yanvar etirazları, 2 nəfəri isə “Qadın, Həyat, Azadlıq” hərəkatı ilə əlaqədar), qadağan olunmuş müxalif qruplarla əlaqədə ittiham edilən 13 siyasi məhbus və casusluq ittihamı ilə mühakimə olunan 12 nəfər də yer alır.

Təşkilat bildirir ki, hazırda İranda yüzlərlə etirazçı, o cümlədən təkcə İsfahan şəhərində 70-dən çox şəxs ölüm hökmü ilə üz-üzədir.

Təşkilatın direktoru Mahmud Əmiri-Moqəddəm bildirib ki, İran, ABŞ və İsrail arasındakı gərginlikdən ölüm hökmlərinin “milli təhlükəsizlik” adı altında daha da artırılması üçün istifadə oluna bilər.

“Biz dərin narahatlıq keçiririk ki, davam edən hərbi münaqişə İranın edamları artırmasına bəhanə olacaq. Beynəlxalq ictimaiyyət İranın ölüm cəzasından istifadəsinə qarşı daha güclü və koordinasiyalı təzyiq göstərməlidir”, - o deyib.

Hesabata görə, 2026-cı ilin 1 yanvar-31 iyul tarixləri arasında qeydə alınan 444 edamdan yalnız 67-si, yəni təxminən 15 faizi rəsmi qurumlar tərəfindən açıqlanıb. Qalan 377 edam isə IHRNGO tərəfindən iki müstəqil mənbə əsasında təsdiqlənib.

Təşkilat 400-dən çox digər edamlar barədə məlumat aldığını, lakin kifayət qədər sübut olmadığı üçün onları statistikaya daxil etmədiyini bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp TRIPP layihəsinin başlanması münasibətilə Əliyev və Paşinyana təşəkkür edib

23 noyabr 2026

whitehouse.gov

ABŞ prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında rol oynadığını bildirib. O, TRIPP layihəsinin rəsmi başlanması münasibətilə Ermənistanı təbrik edib və baş nazir Nikol Paşinyanı gələn il Ağ Evə dəvət edib. Tramp bu barədə layihənin praktiki icra mərhələsinin başlanmasına həsr olunmuş videomüraciətində danışıb. “Ermənistandakı hər kəsi bu sevindirici hadisə - ‘Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu’ layihəsinin rəsmi başlanması münasibətilə təbrik edirəm. Bununla çox fəxr edirəm. Dostum, baş nazir Paşinyanı cəsarətli liderliyinə görə təbrik etmək istəyirəm. O, sülh yolunu seçdi və Ermənistanla Azərbaycan arasında uzunmüddətli münaqişəyə son qoymaq üçün bizimlə çalışdı. Bu münaqişə 35 ildən artıqdır...
Dünya

Ermənistanın konstitusiya layihəsi dərc olunub: "Müstəqillik bəyannaməsi"nə istinad çıxarılıb

23 noyabr 2026

sosial media

Ermənistanın yeni Konstitusiya layihəsi dərc olunub.  Layihəni baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində təqdim edib. Yeni Konstitusiya layihəsinin giriş hissəsində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almır. Sənəddə ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisində müstəqil, dinc, təhlükəsiz və firavan dövlət qurmaq, bu dövləti nəsildən-nəslə ötürmək məqsədi vurğulanır. Layihədə parlamentin rolu, müxalifətin hüquqları, siyasi partiyalar və media ilə bağlı müddəalara da dəyişikliklər təklif olunur. Yeni layihəyə əsasən, Konstitusiyanın və ya ona dəyişikliklərin referendumda qəbul edilməsi barədə qərar parlamentdə deputatların ümumi sayının ən azı beşdə üçünün səsi ilə qəbul ediləcək. Hazırkı Konstitusiyada bu hədd üçdə iki olaraq müəyyənləşdirilib. Ermənistan parlamentində 107 deputat olduğundan, layihənin...

Seçilmiş Videolar

Toplum TV loqo