Tramp ABŞ-də doğulanlara vətəndaşlıq verməyi məhdudlaşdıran fərman imzalayıb
The White House
ABŞ prezidenti Donald Tramp ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsi qaydalarını məhdudlaşdıran iki fərman imzalayıb. Bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.
Fərmanlardan biri ABŞ-də doğulan, lakin vətəndaşlıq ala bilməyəcək xarici vətəndaşların uşaqlarının kateqoriyalarını müəyyən edir.
Sənədə əsasən, doğumla ABŞ vətəndaşlığı ala bilməyəcək uşaqlar sırasına xarici diplomatların, səfirlik əməkdaşlarının, xarici hökumətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin uşaqları daxildir.
Həmçinin valideynlərindən biri doğumla vətəndaşlıq əldə etmək məqsədilə saxta və ya kommersiya xarakterli razılaşmada iştirak edən uşaqlar, eləcə də ABŞ-də doğuş üçün surroqat ana ilə kommersiya müqaviləsi bağlayan valideynlərin uşaqları da bu kateqoriyaya aid edilir.
Fərmanda ABŞ ərazisinin və ya ərazi sularının federal qanunlara əsasən doğumla vətəndaşlıq verilməyən hissələrində doğulan uşaqlar, eləcə də valideynlərindən biri “xarici düşmən” hesab edilən, o cümlədən terror təşkilatının üzvü olan şəxslərin uşaqları da qeyd olunur.
Fərmanla dövlət katibinə, baş prokurora və digər federal qurumların rəhbərlərinə öz departament və agentliklərinin qaydalarını yeni qərarlara uyğunlaşdırmaq tapşırılıb. Onlar 30 gün ərzində fərmanların icrası üçün müvafiq təlimat və digər sənədləri hazırlamalıdırlar.
İyunun sonunda ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının doğumla vətəndaşlıq hüququnu məhdudlaşdırmaq təşəbbüsünü rədd edib.
Ali Məhkəmənin qərarında ABŞ-də doğulan və ya naturalizasiya yolu ilə vətəndaşlıq alan, ölkənin yurisdiksiyasına tabe olan şəxslərin ABŞ-nin və yaşadıqları ştatın vətəndaşı olduğu bildirilib.
Tramp daha əvvəl də bu istiqamətdə fərman imzalamışdı. O, Ali Məhkəmənin qərarını “ölkə üçün təəssüf doğuran” adlandırmış və məsələnin Konqres vasitəsilə həll oluna biləcəyini demişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Chatgpt
Xameneinin müşaviri: “İran özünü Cənubi Qafqazda təhlükəsizliyi qorumaqdan məsul hiss edir”
açıq mənbə
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir