Dünya

Ərdoğan: "Co Baydenlə əlaqələrimiz yaxşı başlamayıb"

24 Sentyabr, 2021
2680

Rəsmi səhifə

“Dürüst olsaq, Türkiyə-Amerika münasibətlərində sağlam prosesin getdiyini deyə bilmərik. Niyə? Baxın, biz F-35 aldıq, 1 milyard 400 milyon dollar ödədik, amma bu F-35-ləri bizə vermədilər. Amerika əvvəlcə bunu araşdırmalıdır. S-400 bəhanə edərək F-35-ləri vermirlər. Bizim üçün S-400 mövzusu qapanıb və geri çəkilə bilmərik”.

"Sabah" qəzetinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyin. 

Ərdoğanın çıxışında həmçinin bu fikirlər yer alıb:

“Türkiyə olaraq biz səmimiyik, amma Amerika, təəssüf ki, özünü səmimi aparmadı və aparmır. Bizim hazırda 20 milyardlıq ticarət mübadiləmiz var. Biz bunun artmasını istəyirik, biz bunu edirik, biz müdafiə sənayesi istiqamətində addımlar atırıq və bunu davam edəcəyik.

Onlar bilməlidirlər ki, köhnə Türkiyə daha yoxdur. İndiki Türkiyə - başqa Türkiyədir. Müdafiə sənayesində də hər gün irəliləyirik. Sabah bizə F-35 almağı təklif edə bilməyəcəklər. Əgər indi verməsəniz, başqa qapıya gedəcəyik. Onlar bizə "Patriot" vermədilər, biz S-400 aldıq. Türkiyə öz müdafiəsi üçün lazım olan hər şeyi alacaq, zərurət yaranarsa, istehsal edəcək. Ümid edirəm, pilotsuz qırıcılar hazırlayacağıq və onlar bunu görəcəklər.

Mən istəyirəm ki, biz iki NATO ölkəsi kimi rəqib yox, dost olaq. Amma münasibətlərimizin indiki istiqaməti yaxşı heç nə vəd etmir. Mənim Baş nazir və Prezident kimi 19 illik fəaliyyətim boyu Amerika ilə münasibətlərin heç də ən yaxşı dövrünü yaşamırıq. Mən oğul-Buşla, Obama ilə, Trampla yaxşı münasibətlərə malik idim, amma Baydenlə yaxşı başladığımızı söyləyə bilmərəm”, - Sabah qəzeti Ərdoğanın sözlərini çatdırır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo