Dünya

Ərdoğan Qərbin Ukraynaya verdiyi silahları “dəmir-dümür” adlandırdı

8 Sentyabr, 2022
2342

Açıq mənbələrdən götürülüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradda keçirdikləri birgə mətbuat konfransında Qərbin Rusiyaya qarşı siyasətini pisləyiblər. 

Türkiyənin “Anadolu” agentliyinin məlumatına görə, Ərdoğan Qərbin hərəkətlərini “təxribat”, Ukraynaya göndərilən silahları isə “dəmir-dümür” adlandırıb:

“Mən Qərbin mövqeyinin yanlış olduğunu açıq şəkildə bəyan edirəm. Çünki Qərbin tərəfləri təxribata çəkməyə əsaslanan hərəkətləri var. Hərbi dəstək elan edirlər. Halbuki, əslində, Qərbdə nə qədər köhnəlmiş silah və dəmi-dümür varsa, Ukraynaya göndərilir”, - deyə Ərdoğan bildirib. - Hazırda tərəflərdən birinin qalib gəldiyini deyə bilərsinizmi? Yox! Bu müharibənin qalibi yoxdur, amma itirənləri çoxdur. Çoxlu sayda insan ölür, maliyyə tərəfindən danışmaqsa yersizdir”.

https://toplum.tv/dunya/baltikyani-olkeler-rusiya-vetendaslarini-ucun-serhedlerini-baglayir

Ərdoğan Avropadakı enerji böhranını da xatırladıb: “Rusiya qaz tədarükünü kəsib və Avropada qiymətlər hədsiz qalxıb. İndi [Avropa ölkələrində] hər yerdə qış fəslindən çıxmağın yollarını axtarırlar. Niyə əvvəllər bu barədə düşünmədin? Axı Rusiyanın əlində mühüm resurs var”.

Aleksandar Vuçiç isə öz növbəsində qeyd edib ki, qarşıdakı aylar Aİ ölkələri üçün çox çətin olacaq.

“Bu qış hamımız üçün çox soyuq olacaq, gələn qış isə bütün Avropa üçün qütb olacaq. Heç kim həll yolları axtarmaq istəmir, hamı güzəştə yox deyir, düşmənin məğlubiyyətini gözləyir. Əgər siz həqiqətən də Rusiyanı hərbi yolla asanlıqla məğlub edə biləcəyinizi düşünürsünüzsə, onda biz yalnız həm soyuq, həm də qütb qışına yaxşı hazırlaşa bilərik”, - deyə Serbiya prezidenti bildirib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

2 Oktyabr 2026

sosial media

Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Tokionun sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, həmçinin Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib. Yaponiya eyni zamanda Rusiya ilə əlaqəli olduğunu bildirdiyi 35 gəmiyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyalara VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkəti rəhbərinin müavini Dmitri Lelikov da daxil edilib. Yaponiya Rusiyaya qarşı sonuncu sanksiyaları 12 sentyabr 2025-ci ildə, keçmiş baş nazir Şiqeru İşibanın hökuməti dövründə tətbiq etmişdi. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməmişdi. Bundan bir müddət əvvəl Böyük Britaniya...
Dünya

“Reuters”: İran ABŞ-nin mümkün hücumuna daha genişmiqyaslı cavab hazırlayır

1 Oktyabr 2026

sosial media

İran ABŞ genişmiqyaslı hərbi hücumları bərpa edərsə, daha sərt və geniş cavab verməyə hazırlaşır. Bu barədə üç yüksəkvəzifəli İran rəsmisi və müzakirələrdən məlumatlı mənbə “Reuters”ə danışıb. Mənbələrin sözlərinə görə, İranın hərbi rəhbərliyi mümkün hədəflərin ABŞ-la əlaqəli obyektlərlə məhdudlaşmamasını, ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələri və Yaxın Şərqdən kənardakı məkanları da əhatə etməsini nəzərdən keçirir. Rəsmilər bildiriblər ki, prezident Məsud Pezeşkianın ötən həftə Nyu-Yorkdan qayıtmasından sonra Tehranda mümkün cavabın miqyası və vaxtı müzakirə olunur. Hələlik yekun qərar qəbul edilməsə də, planlaşdırmanın intensivləşdiyi bildirilir. Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Həmidrza Əzizi deyib ki, Tehran ABŞ prezidenti Donald Trampın yeni genişmiqyaslı hərbi...

Seçilmiş Videolar

Toplum TV loqo