Dünya

Ərdoğan Putinə yeni danışıqlar formatı təklif edib

31 May, 2022
2442

"Ria Novosti"

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Rusiya, Ukrayna və BMT nümayəndələrinin İstanbulda görüş keçirməyini təklif edib. 

Türkiyə liderinin dəftərxanasının verdiyi məlumata görə, təklif mayın 30-da baş tutan telefon danışığı zamanı səsləndirilib. 

Ərdoğan həm də bildirib ki, əgər Moskva və Kiyev razılığa gələrlərsə, Türkiyə Ukraynada vəziyyətə “müşahidə mexanizmi”ndə iştirak etməyə hazırdır. 

Ərdoğan və Putinin telefon danışığı haqqında Kremlin yaydığı məlumatda sözügedən təklif barədə məlumat verilmir. 

Rusiya Prezident administrasiyası Putinin Ərdoğanla Qara və Azov dənizlərində gəmiçiliyin təhlükəsizliyi, eləcə də Rusiya ilə Ukraynanın müharibəsi üzündən ərzaq təchizatındakı problemləri müzakirə etdiklərini bildirib.  

“Rusiya əleyhinə sanksiya məhdudiyyətləri aradan götürüldüyü halda Rusiyanın əhəmiyyətli həcmdə gübrə və kənd təsərrüfatı məhsullarını ixrac edə biləcəyi bir daha vurğulanıb”, - Kremlin açıqlamasında bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

2 Oktyabr 2026

sosial media

Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Tokionun sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, həmçinin Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib. Yaponiya eyni zamanda Rusiya ilə əlaqəli olduğunu bildirdiyi 35 gəmiyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyalara VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkəti rəhbərinin müavini Dmitri Lelikov da daxil edilib. Yaponiya Rusiyaya qarşı sonuncu sanksiyaları 12 sentyabr 2025-ci ildə, keçmiş baş nazir Şiqeru İşibanın hökuməti dövründə tətbiq etmişdi. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməmişdi. Bundan bir müddət əvvəl Böyük Britaniya...
Dünya

“Reuters”: İran ABŞ-nin mümkün hücumuna daha genişmiqyaslı cavab hazırlayır

1 Oktyabr 2026

sosial media

İran ABŞ genişmiqyaslı hərbi hücumları bərpa edərsə, daha sərt və geniş cavab verməyə hazırlaşır. Bu barədə üç yüksəkvəzifəli İran rəsmisi və müzakirələrdən məlumatlı mənbə “Reuters”ə danışıb. Mənbələrin sözlərinə görə, İranın hərbi rəhbərliyi mümkün hədəflərin ABŞ-la əlaqəli obyektlərlə məhdudlaşmamasını, ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələri və Yaxın Şərqdən kənardakı məkanları da əhatə etməsini nəzərdən keçirir. Rəsmilər bildiriblər ki, prezident Məsud Pezeşkianın ötən həftə Nyu-Yorkdan qayıtmasından sonra Tehranda mümkün cavabın miqyası və vaxtı müzakirə olunur. Hələlik yekun qərar qəbul edilməsə də, planlaşdırmanın intensivləşdiyi bildirilir. Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Həmidrza Əzizi deyib ki, Tehran ABŞ prezidenti Donald Trampın yeni genişmiqyaslı hərbi...

Seçilmiş Videolar

Toplum TV loqo