Dünya

Ermənistan müxalifəti parlamentə Dağlıq Qarabağla bağlı bəyanat təqdim edib

27 May, 2022
2240

açıq mənbədən götürülüb

“Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasını ehtiva edən istənilən yekun həll variantı Ermənistan üçün qəbuledilməzdir”.

“Azadlıq Radiosu”nun Ermənistan bürosunun məlumatına görə, Baş Nazir Nkol Paşinyanın istefasını tələb edən müxalifətin mayın 26-da Milli Məclisə təqdim etdiyi “bəyanat layihəsində” belə deyilir.

Layihədə Milli Məclisdən tələb edilir ki, Yerevan sərhədin demarkasiyası üçün ön şərt kimi Bakıdan bütün əsirlərin qaytarılmasını və Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılması tələbini irəli sürsün.

Bu da qeyd olunur ki, demarkasiya zamanı Ermənistanın ərazi bütövlüyünün pozulması istisna olunmalıdır.

Bəyanatda deyilir ki, Ermənistan-Türkiyə yaxınlaşması üçün imzalanacaq istənilən razılaşmada “erməni soyqırımı” inkar oluna bilməz.

Müxalifət etirazlarının lideri, Milli Məclis spikerinin müavini İşxan Saqatelyan iqtidar deputatlarından parlamentə gəlib mövqelərini bildirmələrini tələb edib:

“Əgər onlar Əliyevdən qorxmurlarsa qoy parlamentə gəlib bu erməniyönlü sənədə münasibət bildirsinlər. Deyirlər ki, siyasi gündəlik yoxdur. Buyurun, biz çox konkret tərtib olunmuş sənəd təqdim etmişik”.

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından başqa bir deputat - Armen Rustamyan deyib ki, iqtidar bu bəyanatı qəbul etməsə, deməli “Türkiyə-Azərbaycan tandeminin” maraqlarına xidmət edir.

Aprelin sonlarından demək olar hər gün aksiyalara çıxan müxalifət baş nazir Nikol Paşinyanı Dağlıq Qarabağ məsələsində Azərbaycana birtərəfli güzəştə getməkdə ittiham edir.

İqtidar bu ittihamı rədd edir və bildirir ki, Azərbaycanla danışıqlarda Dağlıq Qarabağ ermənilərinin, status da daxil maraqlarını müdafiə edəcək.

Hakimiyyət rəsmiləri bunu da deyirlər ki, müxalifətin geniş xalq kütlələri arasında nüfuz və dəstəyi yoxdur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo