Dünya

Gürcüstanda siyasi böhran: Baş nazir istefa verdi

18 Fevral, 2021
2896

"Sputnik Gürcüstan"

Gürcüstanın baş naziri Georgi Qaxariya bu gün səhər keçirdiyi xüsusi brifinqdə istefa vermək qərarına gəldiyini bildirib.

Gürcüstan mətbuatının yazdığına görə, hökumət başçısı qeyd edib ki, istefasına səbəb müxalifət lideri Nika Meliyanın həbsi ilə bağlı hakim partiya (Gürcü Arzusu) ilə arasındakı fikir ayrılığıdır.

“Vəzifəmi tərk etmək barədə qərar qəbul etmişəm. Əlbəttə, inanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizin siyasi məkanında qütbləşmənin azalmasına kömək edəcək. Əminəm ki, aramızdakı qütbləşmə və qarşıdurma ölkəmizin gələcəyi və iqtisadi inkişafı üçün ən böyük riskdir”, - deyə Qaxariya bəyan edib.

45 yaşlı G.Qaxariya 2019-cu ilin sentyabrından Gürcüstanın baş naziri idi. Baş nazirin istefasından sonra Gürcüstan hökuməti tam tərkibdə istefa verib.

Tbilisi şəhər məhkəməsi ötən gecə müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya barəsində əyani həbs qəti imkan tədbiri seçib. O, 2019-cu ilin 20 iyunundakı hadisələrdə təqsirkar hesab edilib.

Bu gün səhər isə paytaxt Tbilisi şəhərində müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının (VMHP) ofisi qarşısında gərginlik baş verib.

Partiyanın sədri Nika Meliyanı həbs etməyə gələn hüquq mühafizə orqanlarının işçilərinə partiyanın ofisinə daxil olmağa imkan verilməyib. Gecədən bəri ofisin qarşısında növbə çəkən partiya fəalları Nika Meliyanın həbsinə imkan verməyəcəklərini bəyan ediblər. Gürcüstan müxalifəti birgə bəyanat qəbul edərək, Nika

Meliya ilə həmrəy olduqlarını bildiriblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) müxalifət partiyalarına xəbərdarlıq edib. Nazirlik onları zorakılıqdan çəkinməyə və polis əməkdaşlarının məhkəmənin qərarını icra etməsinə əngəl törətməməyə çağırıb.

Baş naziri Georgi Qaxariyanın istefasından sonra DİN Nika Meliyanın həbsinin təxirə salındığını bildirib.

ABŞ-ın Gürcüstandakı səfirliyi isə hadisələrə görə, narahat olduğunu bildirən açıqlama yayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İranda Xameneini parodiya edən satirikə qarşı cinayət işi açılıb

16 Oktyabr 2026

sosial media

İranın Tehran prokurorluğu “Instagram”da satirik videoları ilə tanınan Səid Şəkibaya qarşı cinayət işi açıb. Buna onun ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin səsini parodiya etdiyi videonun sosial şəbəkələrdə yayılmasının səbəb olduğu bildirilir. “Radio Farda” Şəkibanın “təhqiredici və alçaldıcı məzmun yaymaq” ittihamı ilə məsuliyyətə cəlb edildiyini, barəsində “müvafiq tədbirlər” görüldüyünü yazıb. Son günlər hakimiyyətə yaxın sosial media istifadəçiləri videonu paylaşaraq satirikin cəzalandırılmasını tələb ediblər. SEPAH-a bağlı “Fars” agentliyi isə paylaşımı “təhqiredici və alçaldıcı” adlandırıb, videoda “kobud və nalayiq” ifadələrin işləndiyini bildirib. Şəkiba əsasən məhşur şəxslərin səslərini təqlid etdiyi komediya videoları ilə tanınır. Onun “Instagram” hesabının təxminən 1 milyon izləyicisi olduğu, səhifənin...
Dünya

Araşdırma: “İsrail şirkəti onlayn reklamlar vasitəsilə kütləvi casusluq əməliyyatı aparıb”

16 Oktyabr 2026

sosial media

İsrailin “Discover-Tech” rəqəmsal reklam şirkətinin onlayn reklamlar vasitəsilə internet istifadəçilərini izlədiyi, bəzi hallarda isə onların cihazlarına casus proqram yerləşdirilməsinə şərait yaratdığı bildirilir. Bu barədə Kanadanın “Citizen Lab” araşdırma qrupu və ABŞ-nin reklam təhlükəsizliyi üzrə “Confiant” şirkətinin hesabatlarına istinadən “Reuters” yazıb. Araşdırmaya əsasən, “Discover-Tech”in mobil telefon və qulaqlıq kimi məhsulları reklam edən elanları 120 mindən çox internet saytında və 75 min tətbiqdə nümayiş etdirilib. Şirkətin gündə azı 10 milyon reklam göstərdiyi, zərərli reklamların yerləşdirildiyi saytlara daxil olan və ya tətbiqlərdən istifadə edən şəxsləri izləyə bildiyi deyilir. Bildirilir ki, bəzi hallarda şirkət smartfon istifadəçilərinin telefon nömrələrini əldə etməyə də cəhd göstərib. Tədqiqatçılar...

Seçilmiş Videolar

Toplum TV loqo