Region

Gürcüstanda “nifrət nitqi”nə nəzarət üçün xüsusi departament yaradılır

20 May, 2026
92

Açıq mənbə

Gürcüstan hökuməti “nifrət nitqi”, “təhqiramiz kampaniyalar” və “ictimai məkanda aqressiv kommunikasiya” hesab etdiyi ifadələri izləmək və cəzalandırmaq üçün yeni departament yaradıb.

Rəsmi məlumata görə, qurum Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərəcək.

Tənqidçilər isə bu addımı senzuranın genişləndirilməsi kimi qiymətləndirirlər.

Plan mayın 19-da hökumətdə yeni yaradılan “hüquq-mühafizə orqanları arasında koordinasiya üzrə dövlət naziri” vəzifəsinə təyin olunan Mamuka Mdinaradze tərəfindən açıqlanıb. Mdinaradze bildirib ki, yeni qurum dövlət tərəfindən cəzalandırıla bilən bütün “ictimai kommunikasiya” formalarını izləyəcək və “proaktiv” fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, departament yalnız vətəndaş şikayətləri əsasında işləməyəcək:

“Agentlik özü monitorinq həyata keçirəcək, hüquqi qiymətləndirmə hazırlayacaq və zərurət olduqda materialları məhkəməyə göndərəcək”.

O əlavə edib ki, yeni qurumun yaradılması üçün əlavə qanunvericilik dəyişikliyinə ehtiyac yoxdur, çünki “mövcud hüquqi baza artıq tətbiq edilir”.

Mdinaradze konkret hansı hüquqi mexanizmlərdən istifadə olunacağını açıqlamayıb. Lakin 2025-ci ilin fevralında hakim “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə dövlət və siyasi vəzifəlilərin təhqir edilməsini inzibati xəta kimi tanıyan dəyişikliklər qəbul olunub.

Həmin dəyişikliklərə əsasən, ilk dəfə pozuntuya görə cərimə və ya 45 günədək inzibati həbs, təkrar hallarda isə 60 günədək həbs nəzərdə tutulur.

Son aylarda Gürcüstan məhkəmələri hökuməti tənqid edən bir sıra şəxsləri sosial şəbəkə paylaşımlarına görə cərimələyib, bəzilərinə isə qısamüddətli həbs cəzası verilib.

Hakim partiya daxilində təşəbbüs dəstəklə qarşılanıb. Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze sosial şəbəkələrdə “qəbuledilməz vəziyyət” yarandığını bildirib.
“Əlbəttə, bütün bunlar tənzimlənməlidir və qarşılıqlı hörmət olmalıdır”, - Kaladze deyib.

Müşahidəçilər hesab edirlər ki, bu addım son iki ildə hakim partiyanın media, vətəndaş cəmiyyəti institutları, fəallar və müxalifətə qarşı qəbul etdiyi sərtləşdirici qərarların davamıdır.

Hakim partiyanın deputatı Davit Matikaşvili isə nifrət nitqinin Gürcüstana “xaricdən idxal edildiyini” iddia edib. Onun sözlərinə görə, bu ritorika “xaricdən maliyyələşən QHT-lər və təbliğat kanalları” vasitəsilə yayılır.

Müxalifət nümayəndələri isə bu arqumentləri rədd edərək, aqressiv siyasi ritorikanın əsas mənbəyinin məhz hakimiyyət olduğunu bildiriblər.

“Gürcüstan Uğrunda” partiyasının nümayəndəsi Natia Mevrisvili deyib ki, siyasi diskursda müxtəlif tərəflərdən “qəbuledilməz nifrət dili” müşahidə olunsa da, “nifrət nitqini yaradan tərəf onu tənzimləməyə çalışanda bu artıq senzura adlanır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Putindən Ermənistandan idxal qadağalarını götürməyi xahiş edib

28 İyul 2026

Russian Foreign Ministry

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib. Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.  Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa...
Region

Ermənistan 40 min qarabağlıya vətəndaşlıq verib 

22 İyul 2026

Açıq mənbə

Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib.  Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir.  “İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib. Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir. “Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo