Siyasət

Tbilisidə Heydər Əliyev Mərkəzinin tikiləcəyi ərazinin sakinləri: “Evlərimizi tərk etməyəcəyik”

22 aprel, 2026
305

Toplum TV

Gürcüstanın paytaxtı Tbilisidə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tikilməsi planlaşdırılan Abanotubani adlı ərazinin sakinləri layihəyə etiraz edirlər. 

"Meydan TV"-yə danışan sakinlər heç bir halda evlərini tərk etməyəcəklərini bildiriblər. 

Gürcüstanın İqtisadiyyat Nazirliyinin aprelin 7-də verdiyi əmrə əsasən, mərkəzin tikilməsi üçün dövlətlə bir neçə sahibkar arasında 5380 kvadrat metrlik torpaq sahəsinin alınması üzrə artıq razılaşma əldə olunub. Sənəddə, həmçinin, bildirilir ki, 5 sakin torpaqlarının satışına razı olmayıb və dövlət buna görə də onların torpaqlarını müsadirə yolu ilə əldə edəcək. 

"Azərbaycan hökuməti razı olarmı ki, Bakının ən tarixi yerində Gürcüstana aid mədəniyyət ocağı, teatr və ya səfirlik tikilsin? Axı bu, ədalətsizlikdir. Biz qarşılıqlı hörmət istəyirik. Bizə lap milyonlar, villalar da versələr, buradan çıxmayacağıq. Biz burada qədim tariximizi qoruyuruq", - Nino Talakvadze adlı sakin deyib. 

Maya İzoria adlı sakin isə mərkəzin tikintisi üçün başqa ərazinin tapılmasını təklif edib. 

"Bura gürcü mədəniyyət ocağıdır. Belə çıxır ki, Gürcüstan üçün özümüzün yox, Azərbaycanın mədəniyyəti prioritetdir? Gürcüstanda gürcü mədəniyyəti Azərbaycana görə məhv edilir. Biz məhəlləmizdən çıxmayacağıq", - o əlavə edib. 

Marika İzoria adlı sakin isə ərazidə 50 ildir yaşadığını deyib. 

"Buranı tərk etməyə razı olanlar burada müvəqqəti yaşayanlar idi. Biz isə buranın köklü sakinləriyik. Sona qədər etiraz edəcəm, dağıntıların içində yaşayacam. Qoy bizim dırnaqarası hökumət bilsin ki, [Azərbaycan prezidenti] İlham Əliyev o hörmətə layiq deyil", - o qeyd edib. 

Əslən Azərbaycanın Qax rayonundan olan Dariko Papuaşvili isə deyib ki, ərazidəki Azərbaycan səfirliyinin binasının təmiri zamanı yaşadığı evə zərər dəyib, lakin bu günə qədər təmir olunmayıb. 

"Aldatdılar, dedilər ki, qorxma, iş bitəndən sonra gəlib təmir edəcəyik. 11-12 il keçdi, heç kim gəlib bir söz demədi. Ona görə mənim ürəyim ağrıyır. Azərbaycanlılar gələndə mən onlara kömək edirəm. Niyə mən indi məhkəməyə getməliyəm, niyə yalvarmalıyam ki, məni çıxarmayın evimdən?", - o sual edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”

9 noyabr 2026

Toplum TV

Azərbaycanın müxtəlif həbsxanalarında və istintaq təcridxanalarında saxlanılan, siyasi motivlərlə həbs edilən bir qrup məhbus birlik çağırışı ilə bəyanat yayıblar. Bəyanatın “Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, ResPlatformanın spikeri Akif Qurbanovun “Fikirdə, hədəfdə və əməldə birlik vaxtıdır” çağırışına dəstək olaraq imzalandığı bildirilir. Bəyanat müəllifləri ölkədə repressiyaların genişləndiyini bildirərək, siyasi məhbus sayılan şəxslərin probleminin cəmiyyətin və beynəlxalq ictimaiyyətin əsas gündəminə çevrilməsinə çağırıblar. “Toplum TV” bəyanatı olduğu kimi təqdim edir. “Azərbaycanın avtoritar hakimiyyəti geopolitik çəkişmələr, regional münaqişələr və bütün bunların ölkədə dərinləşən insan hüquqları ilə bağlı böhrana zəif təsirində sui-istifadə edərək faktiki ölkədə politisidi (siyasi genosid) nəinki aktiv saxlayır, həmçinin...
Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...

Seçilmiş Videolar

Toplum TV loqo