Dünya

Gürcüstanın baş naziri: Torpaqlarımızı sülh yoluyla qaytaracağıq

8 Avqust, 2022
2166

Açıq mənbələrdən götürülüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin itirilmiş ərazilərinin sülh yolu ilə qaytarmaq planlarından danışıb. 

O, bu barədə avqustun 8-də Cənubi Osetiyada hərbi əməliyyatların başlanmasının 14-cü ildönümü münasibəti ilə özünün "Facebook" səhifəsində yazıb. 

“Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik və ölkənin birləşdirilməsi yolunu sülhsevər, ağıllı siyasətlə həyata keçirəcəyik. İnanırıq ki, bu məqsədə - Gürcüstanın birləşməsinə mütləq nail olacağıq!” – deyə Baş nazir bildirib.

https://toplum.tv/dunya/rus-isgali-altindaki-zaporojye-vilayeti-ukraynadan-ayrildigini-elan-etdi

2008-ci il avqustun 8-də Gürcüstan və Rusiya arasında müharibə başlayıb. Bəzi ekspertlər bunu 21-ci əsrin ilk Avropa müharibəsi hesab edirlər. 

Müharibədən sonra Gürcüstanın suveren əraziləri olan, amma Rusiyapərəst seperatçıların hakimiyyəti altındakı Cənubi Osetiya və Abxaziya regionları müstəqilliklərini elan ediblər. Dünya miqyasında bir neçə ölkədən savayı heç bir dövlət bu ərazilərin müstəqilliyini tanımır. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo