Dünya

Kosova və Serbiya arasında gərginlik: etnik serblər etiraz edirlər

1 Avqust, 2022
2327

Açıq mənbələrdən götürülüb

Qismən tanınan Kosova Respublikası hökuməti iyulun 29-da elan edilmiş Serbiya vətəndaşları üçün ölkəyə yeni giriş qaydalarının tətbiqini bir ay müddətinə təxirə salmaq qərarına gəlib.

 Yerli televiziyanın məlumatına görə, Kosova hökuməti bazar ertəsi Serbiya ilə inzibati sərhəddəki keçid məntəqələrində barrikadalar götürülərsə, bu tədbirlərin sentyabrın 1-nə qədər təxirə salınacağını bildirib. Qərarın ABŞ hakimiyyətinin tələbi ilə verildiyi qeyd olunub. 

Bazar günü Kosovanın şimalında yaşayan serblər Serbiya ilə iki əsas sərhəd keçid məntəqəsinin yaxınlığında yolları bağlayıblar. Daha sonra Kosova polisi bildirib ki, buna görə onlar Yarine və Brnjak keçid məntəqələrini insanların və nəqliyyat vasitələrinin keçidi üçün bağlamaq məcburiyyətində qalıblar.

Kosova hökuməti avqustun 1-dən etibarən Serbiyadan respublikaya daxil olanların orada verilmiş şəxsiyyət vəsiqələrini Priştinanın verdiyi sənədlərlə dəyişməyi əmr edib,  bu sənədlərdə etibarlılıq müddəti 3 ayı keçməməlidir. “Azadlıq” radiosunun Balkan xidməti qeyd edir ki, bu tədbir Belqradın Kosova vətəndaşlarının Serbiyaya səfəri zamanı tətbiq etdiyi prosedurdla eynidir. 

https://toplum.tv/dunya/iranda-bir-gunde-3-qadin-edam-edilib

Dəyişikliklər avtomobillərin dövlət nömrə nişanlarına da şamil edilir. Kosovanın şimalında yaşayan serblər hələ də Serb qurumları tərəfindən verilən nömrələrdən istifadə edirlər. 2008-ci ildə Belqraddan müstəqilliyini elan edən Priştina sentyabrın sonunadək Kosova Respublikasının abbreviaturası olan nişanları tətbiq etməkdə israrlıdır.

Yeni məhdudiyyətlər əsasən Kosovanın şimalında, etnik serblərin yaşadığı Kosovska Mitrovitsa şəhərinin sakinlərinə şamil edilməlidir. Serbiya Kosovanın müstəqilliyini tanımır və buna görə də bu şəhəri öz ərazisi hesab edir.

Kosova və Serbiya hakimiyyəti bir-birini sərhəddəki vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovanın şimalında etnik serblərin təqib edildiyini açıqlayıb. Bununla belə o qeyd edib ki, dialoqun davam etməsi "bizim üçün son dərəcə vacibdir, biz məsələləri sülh yolu ilə həll etməyi qərara almışıq".

Kosovanın Baş naziri Albin Kurti isə deyib ki, Priştinanın qərarı “Serbiyanın 11 il əvvəl həyata keçirməyə başladığı” prosedura cavabdır.

Kosovadakı beynəlxalq təhlükəsizlik qüvvələri lazım gələrsə, prosesə müdaxilə etməyə hazır olduqlarını bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo