Məhkəmə

Məhkəmə həbsdə olan ictimai fəalın cəzasını ağırlaşdırıb

6 Avqust, 2026
98

Sosial media

Nərimanov Rayon Məhkəməsi həbsdə olan ictimai fəal Nicat İbrahimin cəzasını ağırlaşdırıb.

Məhkəmənin qərarına əsasən, Nicat İbrahim 6 ay müddətinə qapalı həbsxana rejiminə keçiriləcək.

Bu barədə həyat yoldaşı Pərvin İbrahimli “Azadlıq Radiosu”na məlumat verib.

Hakim Gültəkin Əsədovanın çıxardığı qərar Nicat İbrahimin hazırda saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin məhkəməyə təqdimatı əsasında qəbul olunub.

Təqdimatda onun 3 il müddətinə qapalı həbsxana rejiminə keçirilməsi istənilirdi. İddia olunub ki, Nicat İbrahim cəzaçəkmə müəssisəsində daxili intizam qaydalarını dəfələrlə pozub və dava-dalaş salıb.

Həyat yoldaşı isə baş verənləri Nicat İbrahimə qarşı təqib və təzyiq kimi qiymətləndirir:

"Yenidən şərləyib həbs etməklə kifayətlənmədilər, orada da rahat buraxmırlar. İmkan vermirlər ki, verilən cəzanı rahat çəksin. Nə istəyirlər, bilmirik. Öyrədilmiş adamları göndərirlər üstünə, dava-dalaş salırlar, akt tərtib edirlər. Məhkəməyə təqdimat verməmişdən əvvəl uzun müddət karsa salıb saxlayanda bildik ki, nəsə planları var".

Pərvin İbrahimli bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

Nicat İbrahim 2024-cü ilin sentyabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.

Bəhmən Əliyev adlı şəxsi bıçaqlamaqda ittiham olunan ictimai fəal ittihamı rədd edir. O bildirib ki, heç kimi bıçaqlamayıb, dayandığı yerdə tanımadığı bir şəxsin hücumuna məruz qalıb. Onun sözlərinə görə, həmin şəxs özünü yerə ataraq qışqırmağa başlayıb, bundan sonra isə hadisə yerinə polis əməkdaşları gəlib.

Nicat İbrahim həbsindən bir həftə əvvəl ailəsi ilə birlikdə ölkəni tərk etmək istəsə də, hava limanından buraxılmayıb.

İctimai fəal bundan əvvəl də həbs olunub. O, 2020-ci ilin iyulunda Prezident Administrasiyasının qarşısında prezident İlham Əliyevin istefası tələbi ilə etiraz aksiyası keçirmək istəyərkən saxlanılıb və koronavirus yaymaq ittihamı ilə 1 il 3 ay azadlıqdan məhrum edilib.

Nicat İbrahim həmin ittihamı da qəbul etməyərək, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını bildirib. O, 2017-ci ildə polisə etiraz olaraq ağzını tikərək aclıq aksiyası da keçirmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo