Rüfət Səfərov məhkəmədə: "İkinci dəfədir repressiya olunuram, məndən əl çəkmirlər"
Açıq mənbə
Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində "Müdafiə Xətti" insan hüquqları təşkilatının həbsdə olan həmtəsisçisi Rüfət Səfərovun şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Hüquq müafiəçisi Zəfər Əhmədovun “Toplum TV”-yə verdiyi məlumatına görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra R.Səfərovun vəkilləri hüquq müdafiəçisinin ev dustaqlığına buraxılması, eləcə də prosesin qismən istintaqla aparılması üçün vəsatət veriblər. Vəsatətlər təmin edilməyib.
Müdafiə tərəfi həm də R.Səfərovun ona xəsarət yetirdiyini iddia edən Natiq İmanquliyevin hadisə gününə aid telefon anten məlumatlarının əldə olunması üçün vəsatət verib. Bu vəsatət də təmin olunmayıb.
R.Səfərov çıxış edərək məhkəmədə "hüquqdan əsər-əlamət olmadığına görə" işin mahiyyəti üzrə danışmayacağını bildirib.
"Mən buranı məhkəmə hesab eləmirəm. İkinci dəfədir ki, repressiyaya məruz qalıram. Bunun da səbəbi odur ki, 9 il əvvəl prokurorluq orqanlarından istefa vermişəm. Hələ də əl çəkmirlər məndən. Bu dəfə həbs olunmağımın da səbəbi elə bununla bağlıdır. Həbsimdən iki gün sonra ABŞ-yə dövlət katibi adından "Ən cəsur hüquq müdafiəçisi" mükafatını almağa gedəcəkdim. Mənim günahım deyil ki, ABŞ Dövlət Departamenti məni bu cür nüfuzlu mükafata layiq bilib", - o qeyd edib.
Hakimlər bir neçə dəfə R.Səfərovun sözünü kəsərək onu işin mahiyyəti üzrə danışmağa çağırıblar. "Sizin çıxışınız bizə yox, zala hesablanıb", - hakimlərdən biri deyib.
"Əlbəttə ki, mənim çıxışım zala ünvanlanıb. Orada dostlarım, hüquq müdafiəçiləri, jurnalistlər əyləşir. Mənim sözümün ünvanı Azərbaycan xalqıdır. Mən sizdən ədalət ummuram", - R.Səfərov cavab verib.
Baxış iclası 20 avqusta təyin edilib.
R.Səfərov iyunun 12-də
səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
O, 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
İttiham aktında iddia olunur ki, R.Səfərov Natiq İmanquliyev adlı şəxsə torpaq satmaq adı ilə ondan 60 min manat pul alıb, lakin sonradan torpağı satmayıb, buna görə də N.İmanquliyev R.Səfərovun yaşadığı mənzilin qarajına gəlib və mübahisə zəminində hüquq müdafiəçisi ona xəsarət yetirib.
R.Səfərov ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.
Əvvəllər Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş R.Səfərov 2015-ci ildə işdən çıxaraq, hökuməti tənqid etmişdi. Bundan sonra o, doqquz il müddətinə həbs edilsə də, 2019-cu ildə əfv edilərək azadlığa çıxmışdı. O, "Müdafiə Xətti" insan hüquqları təşkilatının rəhbəri kimi fəaliyyət göstərirdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”