Dünya

Macarıstan Rusiya qazına rublla ödəniş edəcək

28 Aprel, 2022
2197

açıq mənbədən götürülüb

Macarıstanın xarici işlər naziri Peter Sziyarto ölkəsinin Rusiya nefti və qazı üçün Rusiyanın tətbiq etdiyi ödəniş sxemindən istifadə edəcəyini təsdiqləyib.

Nazir bunu CNN-ə açıqlamasında deyib.

Diplomat bunu belə izah edib: "Qazımızın 85 faizi, neftimizin 65 faizi Rusiyadan gəlir. Niyə? Çünki bunu infrastruktur müəyyən edir. Bu, əylənmək üçün deyil, vəziyyəti biz seçməmişik".

Szijarto əlavə edib ki, Macarıstanın yaxın bir neçə il ərzində Rusiyadan enerji idxalını dayandırmağa imkan verəcək alternativ mənbələri və ya marşrutları yoxdur.

Bir neçə başqa ölkə Moskvanın ödəniş sxeminə razılıq verib. Belə ki, Avropa Komissiyasının ötən həftə dərc etdiyi sənəddə AB qanunları ilə ziddiyyət təşkil etmədən Rusiyanın yeni qaydalarına əməl etməyin “mümkün göründüyü” bildirib.

Sziyarto deyib ki, Rusiya qazının Macarıstana nəqli qrafikə və Rusiya ilə müqaviləyə uyğun olaraq davam edir.

“Hər kəsi əmin etmək istərdim ki, Bolqarıstana tədarükün dayandırılması bu ölkədən tranzitə aid edilmir”, - macar nazir bildirib.

Çərşənbə günü səhər “Qazprom” rublla ödəniş edilmədiyinə görə “Bulgargaz” (Bolqarıstan) və PGNiG (Polşa) şirkətlərinə qaz tədarükünü tamamilə dayandırıb. Aprelin 26-na olan məlumata görə, “Qazprom Eksport” apreldə qaz tədarükü üçün bu şirkətlərdən rublla ödəniş almayıb. Aprelin 1-dən etibarən verilən qaza görə ödənişlər, qarşı tərəflərə vaxtında məlumat verildiyi yeni detallardan istifadə etməklə rublla aparılmalıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo