Anadolu agentliyi
ABŞ Prezidenti Donald Tramp Fələstinə dəstək olan etirazçıları həbs və ölkədən qovmaqla hədələyir. Bu hədənin fonunda artıq ilk Fələstin tərəfdarı həbs olunub və deportasiya olunmaq təhlükəsi ilə üzləşib.
Kolumbiya Universitetində magistratura üzrə təhsilini dekabrda tamamlayan və “yaşıl kart”la ABŞ-da yaşamağa davam edən Mahmud Xəlil martın 8-i İmmiqrasiya və Gömrük İcrası (İCE) rəsmiləri tərəfindən həbs olunub. O, hazırda Luiziana ştatında təcridxanada saxlanılır.
Martın 10-u ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Xəlili “radikal xarici Həmas tərəfdarı” adlandırıb və həbslərin davam edəcəyinə söz verib.
“Biz bilirik ki, Kolumbiya və ölkədəki digər universitetlərdə terrorizm, antisemitizm, anti-Amerika fəaliyyətində iştirak edən daha çox tələbə var və Tramp Administrasiyası buna tolerant yanaşmayacaq. Çoxları tələbə deyil, pulla alınmış təşviqatçıdırlar. Biz bu terrorçulara rəğbət bəsləyənləri tapacaq, tutacaq və ölkədən deportasiya edəcəyik - bir daha geri qaytarmamaqla. Əgər siz terrorizmi, o cümlədən günahsız kişilərin, qadınların və uşaqların qətlə yetirilməsini dəstəkləyirsinizsə, burda olmağınız bizim milli və xarici siyasət maraqlarımıza ziddir və burada xoş qarşılanmırsınız. Amerikanın hər bir kollec və universitetindən tələblərə əməl edəcəyini gözləyirik. Təşəkkür edirəm”, - deyə o bildirib.
ABŞ Dövlət katibi Marko Rubio "X" səhifəsində xəbəri şərh edərək yazıb ki, ölkədəki “Həmas” tərəfdarlarının vizaları və “yaşıl kart”ları ləğv olunacaq ki, onları deportasiya etmək mümkün olsun.
Martın 10-u ABŞ-da federal məhkəmə hakimi Xəlilin deportasiyasını qeyri-müəyyən müddətə qadağan edən qərar qəbul edib. Xəlilin işi üzrə məhkəmə prosesi martın 12-i baş tutacaq.
Mahmud Xəlil Suriyada fələstinli qaçqın ailəsində anadan olub. Onun ata-anası əslən İsrailin Tiberias şəhərindəndir. Xəlilin Kolumbiya Universitetində ictimai idarəçilik üzrə magistratura oxumağa başlaması ABŞ tərəfindən terrorçu qrup olaraq tanınan “Həmas”ın 2023-cü ilin oktyabrında İsrailə hücum etməsinə təsadüf edib. İsrailin Qəzza zolağını bombardman etməsilə davam edən müharibə Kolumbiya və başqa universitetlərdə Fələstinə dəstək xarakterli oturaq aksiyalara təkan verib.
Xəlil universitetdəki aksiyaların təşkilatçılarından və tanınan üzlərindən biri olub. "Əlbəttə ki, antisemitizmə yer yoxdur. Şahid olduğumuz şey fərqli formalarda olan anti-Fələstin ab-havasıdır”, - deyə o, ötən ilin aprelində CNN-ə müsahibəsində deyib.
Kolumbiya Universitetinin yerləşdiyi Nyu-Yorkda hazırda yüzlərlə tələbə onun azad olunması üçün nümayişə qoşulub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
The Washington Post
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb