Dünya

USAID proqramlarının 83%-i ləğv olunub

10 Mart, 2025
104

The Washington Post

ABŞ hökuməti Beynəlxalq İnkişaf Agentliyinə (USAID) aid olan proqramların 83%-ni tamamilə dayandırıb. 

Bu barədə Dövlət katibi Marko Rubio martın 10-da X səhifəsində məlumat verib. 

Rubio bildirib ki, bura on milyardlarla dollar xərclənən 5200 qrant müqaviləsi daxildir. “[Bu qrantlar] ABŞ-ın özək milli maraqlarına nəinki xidmət etməyib, bəzi hallarda hətta zərər verib”, - deyə o yazıb. 

Dövlət katibi əlavə edib ki, yerdə qalan sayca təxminən 1000 proqramı “daha effektiv şəkildə”, birbaşa Dövlət Departamentinin nəzarətində davam etdirmək üçün Konqreslə məsləhətləşmələr aparırlar. 

Bu proqramların hansı növ xarici yardımları əhatə etdiyi açıqlanmayıb. 

Rubio əldə olunan nəticəni “vaxtı keçmiş tarixi islahat” adlandırıb. O, Dövlət Departamenti işçilərindən əlavə, İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinə də təşəkkür edib. 

ABŞ Prezidenti Donald Tramp vəzifəsinə başladığı gün imzaladığı əmrlərdən biri xarici yardımın 90 günlük baxış müddəti olmaqla dayandırılması olub. Bu baxış müddəti ərzində Dövlət Departamenti xarici yardım proqramlarını nəzərdən keçirir və onların tamamilə dayandırılması və ya davam etdirilməsinə qərar verir. 

ABŞ-ın xarici yardımları əsasən 1961-ci ildə Prezident Con Kennedi tərəfindən yaradılan USAID tərəfindən həyata keçirilib. Tramp daha əvvəl sosial şəbəkə hesabında USAID xərclərini “izaholunmaz” adlandırıb və onun bağlanmasına çağırıb. İlon Mask isə USAID-i “cinayət təşkilatı” adlandırıb. 

Bundan sonra USAID-in dünya üzrə 10,000-dən çox olan heyət sayı 300-ə qədər azaldılıb və ölkə xaricində olan işçilər məzuniyyətə buraxılıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Azərbaycandan da böyrək alıb-satan ukraynalı Polşada saxlanılıb

12 Mart 2025

açıq mənbədən götürülüb

Mütəşəkkil orqan alverində təqsirləndirilən ukraynalı qadın Polşaya girişə cəhd edərkən saxlanılıb. Onun böyrək əldə etdiyi ölkələrin siyahısında Azərbaycan da var.  Polşanın Przemisl şəhərinin prokurorluğu bildirib ki, 35 yaşlı Ksenia adlı qadın martın 6-ı Ukraynadan Polşaya qatarla giriş edərkən yoxlanış zamanı sərhədçilər tərəfindən saxlanılıb. O, 2020-ci ilin noyabrından İnterpol tərəfindən axtarılırmış.  Məlumatda deyilir ki, təqsirləndirilən şəxs 2017-2019-cu illərdə qeyri-qanuni yollarla insanlardan toxuma və orqanları toplayan beynəlxalq mütəşəkkil cinayətkar qrupun üzvü olub.  Ona cinayətlərinə görə Qazaxıstanda 12 illik hökm oxunub. Sözügedən şəxsin Qazaxıstanı necə tərk etdiyi və Polşaya niyə gəlmək istədiyi açıqlanmayıb.  Ksenia adlı şəxsin Azərbaycan, Qazaxıstan, Ermənistan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan...
Dünya

NYT: Tramp administrasiyası rəsmi sənədlərdən “feminizm", "bərabərsizlik", "gender" sözlərini çıxarır

12 Mart 2025

Toplum TV

ABŞ hökumət orqanları öz internet saytlarında və rəsmi sənədlərdə mətnləri yenidən yazmağa, onlardan müəyyən söz və ifadələri çıxarırlar. Bu, Donald Tramp prezident kimi fəaliyyətə başladıqdan sonra baş verib. “The New York Times”-ın jurnalistləri 197 belə söz və ifadə müəyyən ediblər. Siyahıya, “aktivism”, “irq”, “feminizm", "bərabərsizlik", "gender", “bioloji qadın”, “bioloji kişi”, “multikultural”, “etnik mənsubiyyət”, “sosial ədalət”, “cinsiyyət” kimi ifadələr daxil edilib.  Bununla yanaşı,  “BIPOC” (Qara, Yerli, Rəngli İnsanlar), “DEI” (Müxtəliflik, Bərabərlik, İnklüzivlik) qısaltmaları və onun variasiyaları, “LGBT” və onun variasiyaları da məhdudiyyətə daxildir. Dövlət qrantları və müqavilələri ilə bağlı müraciətlərdə də eyni sözlər axtarılır və bu, onların baxılmasına təsir edə bilir....

Seçilmiş Videolar

Toplum TV loqo