Dünya

Moskvaya dron hücumundan ölən və yaralananlar var

11 Mart, 2025
95

Reuters

Martın 11-də Moskva və Moskva vilayətinə dron hücumları baş tutub. 

Vilayətin qubernatoru Andrey Vorobyov deyib ki, hadisə nəticəsində bir nəfər ölüb və üç nəfər yaralanıb. 

Rusiya müdafiə nazirliyi bəyanatında bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus olan və 90-dan çoxu Moskva vilayətini hədəfə alan 337 dronu zərərsizləşdirib. Əlavə olunub ki, digər dronlar Kursk, Bryansk, Ryazan, Belqorod və başqa vilayətlər üzərində vurulub. 

Moskva şəhərinin meri Sergey Sobyanin “Telegram”-da hücumun Moskvaya qarşı edilmiş ən böyük dron hücumu olduğunu deyib. 

Hadisə nəticəsində yaşayış binaları dron qalıqlarından zərər görüb. Moskva və ətrafındakı hava limanları təhlükəsizlik səbəbilə uçuşları dayandırıb və yolu Moskvaya olan təyyarələr trayektoriyalarını dəyişməli olublar. Bu səbəbdən AZAL-ın Bakı-Moskva reyslərində də gecikmələr yaranıb. 

Xəbərin yazılma anında Ukrayna tərəfi hadisəyə reaksiya verməyib. 

Moskvaya hücum ABŞ və Ukrayna diplomatları arasında bu gün Səudiyyə Ərəbistanında keçiriləcək görüş ərəfəsinə təsadüf edir. 

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Dövlət katibi Marko Rubionun da iştirak edəcəyi görüşdə Ukrayna-Rusiya müharibəsinin və ABŞ-ın Ukraynaya hərbi yardımının müzakirə ediləcəyi gözlənilir. 

Rusiya bundan əvvəl də Ukrayna pilotsuz təyyarələrinin Moskvaya hücum etdiyini bildirib. Ötən ilin noyabrında baş verən hücumda Rusiya tərəfi bir qadının yaralanması, hava məkanının müvəqqəti bağlanması və iki evin alovlanmasına səbəb olan 34 Ukrayna dronunu vurduğunu bildirmişdi. 

Ötən ilin sentyabrında isə Rusiya ən azı bir nəfərin ölümünə və paytaxtda hava limanının bağlanmasına səbəb olan hücumda Moskva yaxınlığında azı 20 Ukrayna pilotsuz təyyarəsini məhv etdiyini bildirmişdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Donald Tramp Fələstinə dəstək olanları ölkədən qovmaqla hədələyir

11 Mart 2025

Anadolu agentliyi

ABŞ Prezidenti Donald Tramp Fələstinə dəstək olan etirazçıları həbs və ölkədən qovmaqla hədələyir. Bu hədənin fonunda artıq ilk Fələstin tərəfdarı həbs olunub və deportasiya olunmaq təhlükəsi ilə üzləşib.  Kolumbiya Universitetində magistratura üzrə təhsilini dekabrda tamamlayan və “yaşıl kart”la ABŞ-da yaşamağa davam edən Mahmud Xəlil martın 8-i İmmiqrasiya və Gömrük İcrası (İCE) rəsmiləri tərəfindən həbs olunub. O, hazırda Luiziana ştatında təcridxanada saxlanılır.  Martın 10-u ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Xəlili “radikal xarici Həmas tərəfdarı” adlandırıb və həbslərin davam edəcəyinə söz verib.  “Biz bilirik ki, Kolumbiya və ölkədəki digər universitetlərdə terrorizm, antisemitizm, anti-Amerika fəaliyyətində iştirak edən daha çox tələbə var...
Dünya

USAID proqramlarının 83%-i ləğv olunub

10 Mart 2025

The Washington Post

ABŞ hökuməti Beynəlxalq İnkişaf Agentliyinə (USAID) aid olan proqramların 83%-ni tamamilə dayandırıb.  Bu barədə Dövlət katibi Marko Rubio martın 10-da X səhifəsində məlumat verib.  Rubio bildirib ki, bura on milyardlarla dollar xərclənən 5200 qrant müqaviləsi daxildir. “[Bu qrantlar] ABŞ-ın özək milli maraqlarına nəinki xidmət etməyib, bəzi hallarda hətta zərər verib”, - deyə o yazıb.  Dövlət katibi əlavə edib ki, yerdə qalan sayca təxminən 1000 proqramı “daha effektiv şəkildə”, birbaşa Dövlət Departamentinin nəzarətində davam etdirmək üçün Konqreslə məsləhətləşmələr aparırlar.  Bu proqramların hansı növ xarici yardımları əhatə etdiyi açıqlanmayıb.  Rubio əldə olunan nəticəni “vaxtı keçmiş tarixi islahat” adlandırıb. O, Dövlət Departamenti işçilərindən...

Seçilmiş Videolar

Toplum TV loqo