Dünya

ABŞ məhkəməsi “Azadlıq Radiosu”nun xeyrinə qərar verib 

21 İyul, 2025
33

Foto: AP

ABŞ məhkəməsi Konqresin “Azadlıq Radiosu”na bu il üçün ayırdığı vəsaitin ödənilməsi haqda qərar çıxarıb. 

Kolumbiya Dairə Məhkəməsinin iyulun 18-də verdiyi qərarda göstərilir ki, ABŞ Beynəlxalq Media Agentliyi “Azadlıq Radiosu” üçün 2025-ci ilin sonuna qədər ayrılmış pulu ödəməlidir. 

Hakim qərarını belə əsaslandırıb ki, agentliyin vəsaitləri verməmək üçün yeni və ağır şərtlər irəli sürməsi və radio ilə danışıqlara getməməsi qanun pozuntusudur. 

“Məhkəmənin bildiyi qədərilə, bir agentliyin on illərlə işgüzar münasibətdə olduğu bir qrant alan qurumla tamamilə yeni şərtlər əsasında işləməyi tələb etməsi və sonra cavab verməyi dayandırması misilsizdir — xüsusilə də agentlik qanunla həmin konkret quruma hər il Konqres tərəfindən ayrılmış vəsaitləri verməyə borclu olduğu halda,” – qərarda yazılıb. 

“Azadlıq Radiosu”nun prezidenti Stiv Kapus bəyanatında bildirib ki, məhkəmənin qərarı “Azadlıq Radiosu”nun “həyati əhəmiyyət daşıyan missiyasını həyata keçirmək üçün zəruri olan maliyyənin azad edilməsinə hökuməti məcbur etmək məqsədilə aparılan davamlı hüquqi səylərin nəticəsidir.”
“Bu qələbə jurnalistlərimizə, hər həftə həqiqətlər üçün bizim jurnalistikamıza və avtoritar hökumətlərin zərərli təbliğatına qarşı alternativ kimi güvənən təxminən 47 milyon insana çıxmağa davam etmək üçün lazımi təkan verir”, - o əlavə edib. 

ABŞ Prezidenti Donald Tramp martın 14-də “Azadlıq radiosu”, “Amerikanın Səsi” və digər federal yayımçılara nəzarət edən ABŞ Qlobal Media Agentliyi (USAGM) də daxil olmaqla, yeddi federal agentliyi ixtisar etməyə yönəlmiş icra sərəncamı imzalayıb.

Konqresin “Azadlıq Radiosu”na 2025-ci il üçün ayırdığı məbləğ 153 milyon ABŞ dolları civarındadır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Qəzzada ərzaq dalınca gedən ən az 73 nəfər bir gündə öldürülüb 

21 İyul 2025

Foto: AFP

İyulun 20-də Qəzza zolağında humanitar yardım dalınca gedən ən az 73 nəfər öldürülüb, 150 nəfər isə yaralanıb.  Qəzzanın səhiyyə rəsmilərinin dediyinə görə, onlardan 67-si zolağın şimalında, 6-sı isə cənubda Xan Yunis şəhərində öldürülüb.  BMT-nin Dünya Ərzaq Proqramı (WFP) bildirib ki, humanitar yardım daşıyan 25 yük maşınından ibarət karvan iyulun 20-i səhər saatlarında Qəzzanın şimalındakı icmalara çatmağa çalışıb. “Zikim keçid məntəqəsindən Qəzzaya daxil olduqdan sonra son nəzarət-buraxılış məntəqəsini keçən kimi, karvan təcili ərzaq yardımına ehtiyacı olan insanların səbirsizliklə gözlədiyi böyük bir izdihamla qarşılaşıb. Karvan yaxınlaşan zaman ətrafdakı izdiham İsrail tankları, snayperləri və digər atəş növləri tərəfindən atəşə tutulub”, - bəyanatda qeyd...
Dünya

Çexiyada kommunizm təbliğatı cinayət hesab olunacaq

18 İyul 2025

Foto: AFP

Çexiya Prezidenti Petr Pavel iyulun 17-də kommunizm təbliğatını cinayət kimi tanıyan qanunu imzalayıb.  Qanun “insan hüquq və azadlıqlarını açıq şəkildə boğmağa və ya irqi, etnik, milli, dini və ya sinfi ədavəti qızışdırmağa yönəlmiş nasist, kommunist və ya digər hərəkatları yaratmaq, dəstəkləmək və ya təbliğ etmək” halları üçün beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Qanunun Çexiyada kommunizm ideyaları ilə çıxış edən siyasi partiyalara necə şamil edəcəyi hələ ki aydın deyil.  Çexiyada fəaliyyət göstərən Bohemia və Moravia Kommunist Partiyası qanunu qınayıb, onu “rejimin tənqidçilərini qorxutmaq üçün növbəti uğursuz cəhd” adlandırıb.  Partiya parlamentdə yer almasa da, sorğulara əsasən xalq arasında 5%-ə qədər...

Seçilmiş Videolar

Toplum TV loqo