Siyasət

Əliyev: “Vətəndaşlarımız hər dəfə Naxçıvana gedəndə erməni sərhədçisinin simasını görməli deyil” 

21 İyul, 2025
89

Foto: president.az

İlham Əliyev iyulun 19-da Xankəndidə III Şuşa Qlobal Media Forumunda “Zəngəzur dəhlizi” haqda danışıb. 

ABŞ-nin “Zəngəzur dəhlizi”ni icarəyə götürmə təklifinə münasibət bildirən Əliyev deyib ki, bu sual Ermənistan rəhbərliyinə ünvanlanmalıdır. 

“Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər. Bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir”, - o qeyd edib. 

Əliyev fikrini belə əsaslandırıb ki, əks halda Ermənistandan keçən Azərbaycan vətəndaşları təhlükəyə məruz qalacaqlar. 

“Mən yaxşı xatırlayıram, sovet dövründə qatar Bakıdan Naxçıvana hərəkət edərkən məhz Ermənistan ərazisindən Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, nəticədə qatarın pəncərələri qırılırdı. Biz bunu çox yaxşı xatırlayırıq və bu, sovet dövrü idi. Bu nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü bir dövrdür. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin”, - o deyib. 

İyulun 11-də ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak jurnalistlərə deyib ki, ölkəsi Azərbaycanı Naxçıvana birləşdirəcək yolu yüzillik icarəyə götürə bilər. 

Təklifə münasibət bildirən Ermənistan Baş naziri Nikol Paşinyan bunu istisna etməyib, lakin bildirib ki, bu, müzakirə olunan variantlardan sadəcə biridir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib

20 İyul 2025

Foto: VOA

“Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənli iyulun 20-dən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarlarını yerinə yetirməməsi ilə əlaqələndirib. Həsənli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti 3 iyul tarixində təmin edib və bu qərar Penitensiar Xidmətə təqdim olunub. Lakin 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, qərar hələ də icra olunmayıb. “Görünür, Penitensiar Xidmət məhkəmə qərarlarını saymır və özünü məhkəmədən üstün tutur”, – deyə Həsənli qeyd edib. Ülvi Həsənli daha əvvəl 9 günlük aclıq aksiyası keçirdiyini, lakin qadın həmkarlarının da ona...
Siyasət

Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"

20 İyul 2025

Foto: president.az

Azərbaycan prezidenti İlham Əliyev ötən ilin dekabrında AZAL təyyarəsinin Rusiya tərəfindən vurulduğunu və Azərbaycanın beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyini deyib.  O, bunu iyulun 19-da Xankəndidə III Şuşa Qlobal Media Forumunda Rusiya-Azərbaycan münasibətləri ilə bağlı sualı cavablandırarkən deyib.  Əliyev bildirib ki, hadisədən yeddi ay keçməsinə baxmayaraq, Azərbaycan Rusiyadan heç bir cavab almayıb.  O, həmin vaxt AzTV-yə müsahibəsində Rusiyanın hadisəyə görə üzr istəməsini, məsul şəxsləri cəzalandırmasını və qurbanların ailələrinə təzminat ödəməsini tələb etmişdi.  "Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib....

Seçilmiş Videolar

Toplum TV loqo