Məhkəmə

Təcridxana rəisinin sərinkeşi buraxmaq üçün jurnalistdən yazıların silinməsini istədiyi deyilir

21 İyul, 2025
94

Foto: VOA

Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızına ailəsinin gətirdiyi sərinkeşi buraxmaq üçün şərt irəli sürdüyü deyilir.
 
“Abzas Media”nın xəbərinə görə, İsmayılovun şərti sərinkeşin buraxılmaması haqda gedən xəbərlərin silinməsi olub. 

Vaqifqızının ailə üzvlərinə dediyinə görə, təcridxana rəisi bunu iyulun 19-da “Abzas Media işi” üzrə həbsdə olan digər jurnalist Nərgiz Absalamovaya deyib. 
 
“Rəis deyib ki, əgər sərinkeşi içəri buraxmaqla mən Sevinc üçün yaxşı oğlan olacağamsa, o yazılar silinəcəksə, buraxım. Nərgiz də deyib, Sevinc buna heç vaxt razı olmaz. Təbii ki, razı olmaram. Haqqım olanı mənə verməlidirlər. Bazarlığa getmirəm. Sərinkeş qadağan olunan əşyalar siyahısında deyil və içəri buraxılmalıdır. Başqa həbs olunan şəxslərə buraxdıqları kimi. Ayrı-seçkiliyə məruz qalmamalıyıq,” – Vaqifqızı bildirib.
 
Jurnalist əlavə edib ki, həmin gün rəis müavini Əhəd Abdıyev onun kamerasına gələrək rəhbərliyin məhbuslara sərinkeş vermək öhdəliyinin olmadığını deyib. Vaqifqızı isə təcridxanada havalandırma sisteminin olmadığını xatırladıb və buna görə də sərinkeş verməli olduqlarını qeyd edib.
 
“Məhbusa çatacaq sərinkeşi təcridxananın mağazasına qoyub 35 manata satdırırsınız. Məhbus içəridə işləyib pul qazanmır ki, 35 manat verib sərinkeş alsın, bunu müəssisə verməlidir,” – o vurğulayıb.

Jurnalist, həmçinin, xəbər verib ki, iyulun 18-də digər kamerada saxlanılan qadın məhbusun havasızlıqdan halı pisləşib. 
 
“Təcridxana rəisinin növbətçi nəzarətçiləri soyuducudan litrlərlə soyuq suyu onun üstünə töküblər ki, özünə gələ bilsin. Rəis o dustağı düşünsün, məni yox. Mənim öz sərinkeşimi özümə versin, başqa bir şey istəmirəm” - Vaqifqızı əlavə edib.

Deyilənlərlə bağlı Bakı İstintaq Təcridxanasından hələki müsnasibət bildirən olmayıb.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar ilkin olaraq qaçaqmalçılıq olmaqla bir sıra maddələrlə ittiham olunublar. 
Həbs olunan şəxslər ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhkəmə səhhəti pisləşən “Toplum”çuları ev dustaqlığına buraxmayıb 

21 İyul 2025

Foto: Toplum TV

İyulun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli və jurnalist Fərid İsmayılovun müdafiəçiləri onların səhhətindəki problemləri əsas gətirərək ev dustaqlığına buraxılmalarını istəyib.  Hakim isə təqsirləndirilənlərin səhhətinin pisləşməsi haqqında həkim müayinəsi və rəyi olmadığını əsas gətirərək vəsatətləri təmin etməyib.  Təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov isə ötən dəfəki iclaslarda başladığı çıxışını bitirib.  O, çıxışının bu dəfəki hissəsində ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başlayandan ailə üzvlərinin üzləşdiyi təhdidlərdən danışıb, buna görə hakimiyyətin məsuliyyət daşıdığını deyib.  Növbəti məhkəmə prosesi...
Məhkəmə

“Toplum TV işi” üzrə növbəti məhkəmə olacaq

20 İyul 2025
İyulun 21-də “Toplum TV işi” üzrə həbs olunanların növbəti məhkəmə prosesi olacaq. Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq iclas saat 10:00-a təyin olunub. Ötən prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov qaçaqmalçılıq və vergidən yayınma ittihamlarına cavab verərək bildirib ki, onların Azərbaycanda qeydiyyatdan keçməsinə və vergi ödəyicisi kimi çıxış etmələrinə əngəllər yaradılıb, buna görə də təşkilat Gürcüstanda qeydiyyatdan keçib.  Daha sonra vəsatət verən jurnalist Fərid İsmayılov səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gəlməməsini  bir daha istəyib.  İDİ əməkdaşı Əli Zeynal isə Penitensiar Xidmət əməkdaşlarının məhkəməyə gətirilən təqsirləndirilən şəxslərin müdafiəçiləri üçün yazdıqları qeydlərin əllərindən alındığını deyib. 2024-cü il...

Seçilmiş Videolar

Toplum TV loqo