Foto: açıq mənbə
Almaniyanın Hərbi Əks-Kəşfiyyat Xidmətinin rəhbəri Martina Rozenberq ölkədə Rusiyaya məxsus casusluq və hibrid fəaliyyətlərin artdığını bildirib.
Onun sözlərinə görə, rus xüsusi xidmət orqanları Almaniyadakı hərbi obyektləri, təlim mərkəzlərini və bazaları — o cümlədən Vildfleken, İdar-Oberştayn və Bavariyadakı Qrafenver bazasını dronlarla izləməyə cəhd göstərirlər.
Xidmət rəhbəri qeyd edir ki, casuslar üçüncü ölkələr vasitəsilə Almaniyaya daxil olur və rus mənşəli şəxslərlə əlaqə qurmağa çalışırlar.
Rozenberq bildirir ki, bu fəaliyyətlər daha aqressiv və kütləvi xarakter alıb.
2025-ci ilin martında məlum olub ki, Bundestaqın Xristian Demokrat İttifaqının üzvü Kristian Hirte 2023-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlı Rusiya vətəndaşı Konstantin Xrapovu işə götürüb.
Bundan əvvəl Rusiya xüsusi xidmət orqanlarının Almaniya üçün Alternativ partiyasının keçmiş köməkçisi parlamentin deputatı Vladimir Serqienkonu işə götürdüyü bildirilirdi. 2024-cü ildə o, Almaniya vətəndaşlığından məhrum edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: WANA
Qazaxıstan XİN Azadlıq Radiosunun 16 əməkdaşının akkreditasiyasını uzatmaqdan imtina edib
Foto: Radio Liberty