Dünya

ABŞ Rusiya dezinformasiyası ilə mübarizə aparan idarəni bağlayıb

17 Aprel, 2025
360

Reuters

ABŞ Dövlət Departamentinin xarici müdaxilə və təsirlə mübarizə üzrə bölməsi bağlanıb.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

“Mən əvvəllər Qlobal Əlaqə Mərkəzi (GEC) kimi tanınan Xarici Məlumat Manipulyasiyası və Müdaxiləyə Qarşı Mübarizə İdarəsinin bağlandığını elan edirəm,” – deyə Rubio sosial şəbəkə X-də yazıb.

O əlavə edib ki, mərkəzin fəaliyyəti Amerika vergi ödəyicilərinə ildə 50 milyon dollardan baha başa gəlirdi və əsasən “xidmət etməli olduğu amerikalıların səslərini susdurmaq və senzura etməkdən” ibarət idi.

Rubionun sözlərinə görə, son on ildə bu idarənin fəaliyyəti nəticəsində amerikalılar “sadəcə öz fikirlərini ifadə etdiklərinə görə qaralanıb, işdən çıxarılıb, ittiham olunub və hətta həbs olunublar.”

ABŞ Dövlət Departamentində Qlobal İştirak Mərkəzi 2011-ci ildə yaradılıb.

Keçən il mərkəzdə demokrat Co Baydenin rəhbərliyi altında Xarici İnformasiya Manipulyasiyası və Müdaxiləsinə Qarşı Mübarizə Ofisi açılıb.

Onun bəyan edilmiş məqsədi xarici dezinformasiya kampaniyalarına qarşı çıxmaq idi.

Respublikaçılar agentliyin fəaliyyətini dəfələrlə tənqid edərək, onun xarici informasiya müdaxiləsi ilə mübarizə adı altında mühafizəkar şərhçiləri sıxışdırdığını və faktiki olaraq siyasi senzura ilə məşğul olduğunu iddia ediblər.

“X” sosial şəbəkəsinin sahibi İlon Mask da rəhbərliyi sərt tənqid edib.

Mərkəzin işini dəstəkləyən demokratlar və bəzi respublikaçılar isə onun Rusiya və Çin tərəfindən aparılan dezinformasiya kampaniyalarına qarşı mübarizədə mühüm rol oynadığını bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Madaqaskar prezidenti etirazlardan sonra ölkəni tərk edib 

14 Oktyabr 2025

Foto: AP

Madaqaskarın prezidenti etirazlar fonunda ölkədən qaçıb.  Bunu ölkənin müxalifət lideri və rəsmilər oktyabrın 13-də bildirib.  Bu, son həftələrdə Nepaldan sonra dünya miqyasında “Z nəsli  etirazları"nın ikinci dəfə bir hökuməti devirməsi deməkdir.  Müxalifətin parlamentdəki lideri Siteni Randrianasoloniaiko “Reuters”ə bildirib ki, prezident Andri Rajuelina oktyabrın 12-də ordunun bəzi qoşunlarının etirazçılara qoşulmasından sonra Madaqaskarı tərk edib. “Biz prezident administrasiyasının əməkdaşları ilə əlaqə saxladıq və onlar onun ölkəni tərk etdiyini təsdiqlədilər”, – Randrianasoloniaiko deyib.  Müxalifət lideri əlavə edib ki, Rajuelinanın hazırkı yeri məlum deyil. Oktyabrın 13-ü gecə “Facebook” vasitəsilə xalqa müraciətində Rajuelina "həyatını qorumaq üçün təhlükəsiz bir yerə getməyə məcbur qaldığını" bildirib. O, harada...
Dünya

Nobel mükafatçısı Paşinyana müxalif hərəkata qoşulub

14 Oktyabr 2025

Foto: açıq mənbədən götürülüb

İqtisadiyyat üzrə Nobel mükafatçısı Daron Acemoğlu Ermənistan baş naziri Nikol Paşinyana müxalif olaraq yaradılmış hərəkata qoşulub.  "Bizim Yol" adlanan, Ermənistanda həbsdə olan milyarder Samvel Karapetyan tərəfindən yaradılan hərəkat Acemoğlunun iqtisadi məsləhətçi kimi qoşulduğunu açıqlayıb.  Hərəkatın koordinatoru Narek Karapetyan Acemoğlunun hərəkatın milli inkişaf strategiyasını formalaşdıracaq işçi qrupunda iştirak edəcəyini mətbuata təsdiqləyib və bunu “Ermənistan iqtisadiyyatını müasir əsaslar üzərində yenidən qurmaq üçün mühüm tərəfdaşlıq” adlandırıb.  Türkiyə ermənisi olan Acemoğlu ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun professoru və dünyanın ən nüfuzlu iqtisadçılarından biridir.  O, 2024-cü ildə həmkarları Ceyms Robinson və Saymon Conson ilə birlikdə “rifahın mənşəyi və inkişafın siyasi iqtisadiyyatı” mövzusundakı araşdırmalarına görə Nobel İqtisadiyyat...

Seçilmiş Videolar

Toplum TV loqo