Foto: Reuters
ABŞ Yaxın Şərqdə neft ixracatında olan böhranla əlaqədar Rusiya neftinə olan sanksiyaları müvəqqəti dayandırıb.
ABŞ-nin maliyyə naziri Skot Bessent martın 12-i axşam saatlarında ölkələrə 30 gün ərzində Rusiya neftini almağa “icazə verildiyini” açıqlayıb. O əlavə edib ki, ABŞ prezidenti Donald Tramp "qiymətləri aşağı saxlamaq üçün çalışır".
“Bu qısamüddətli tədbir yalnız artıq tranzitdə olan neftə aiddir və gəlirlərinin əksəriyyətini neftin hasilat nöqtəsində hesablanan vergilərdən əldə edən Rusiya hökumətinə əhəmiyyətli maliyyə faydası verməyəcək", - o iddia edib.
Bu qərar və Bessentin əsaslandırması Trampın elə həmin gün verdiyi açıqlama ilə ziddiyyət təşkil edib. Belə ki, o “Truth Social” platformasında ABŞ-nin dünyada ən böyük neft istehsalçısı olduğu, buna görə də artan neft qiymətlərinin ABŞ-yə sərf etdiyini yazıb.
ABŞ və İsrailin İrana qarşı başladığı hərbi hücumlar və İranın cavab olaraq Hörmüz boğazını bağlaması dünya bazarlarında neftin qiymətinə təsirsiz ötüşməyib. Martın 13-ə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 100.48 ABŞ dolları təşkil edib.
Fransa prezidenti Emmanuel Makron qərara etiraz edib. O bildirib ki, Hörmüz boğazının bağlanması heç bir halda Rusiyaya qarşı sanksiyaların götürülməsinə əsas vermir.
Tramp administrasiyası ötən həftə Hindistana da Rusiya nefti almağa 1 aylıq “icazə verildiyini” elan etmişdi.
2022-ci ilin fevralında Ukraynaya qarşı işğalçı müharibəyə başlayan Rusiyadan neft alan ölkələrə qarşı Qərb ölkələri sanksiyalar tətbiq edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
300 milyardlıq fond, sanksiyaların ləğvi, aktivlərin qayıdışı: İran qalib sayıla bilər?
AP
AFP
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Təklif olunan yaşayış yerindən imtina edənlər məcburi köçkün statusunu itirə bilər