Region

Paşinyan Hacıyevin Ermənistan səfərini sülh gündəliyi üçün mühüm addım adlandırıb

19 İyun, 2026
95

Nikol Paşinyanın sosial media hesabından

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ölkəsinə səfərini sülh prosesində dinamikanın qorunması baxımından mühüm hadisə kimi qiymətləndirib.

Baş nazir bu barədə iyunun 18-də keçirilən brifinqdə çıxışı zamanı danışıb.

Paşinyan bildirib ki, o, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana Hacıyevlə görüşün zəruriliyini müzakirə etməyi tapşırıb.

“Biz həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində vəziyyətin gərginləşməsinə səbəb ola biləcək müəyyən tendensiyalar müşahidə etdik. Məsuliyyətimizdən irəli gələrək bu risklərin idarə olunması ilə məşğuluq”, - Paşinyan deyib.

Hikmət Hacıyev iyunun 14-də Ermənistanın şimalındakı Dilican şəhərində Armen Qriqoryanla görüşüb. Bu, Hacıyevin Ermənistana ilk işgüzar səfəri olub. Eyni zamanda, 2025-ci ilin avqustunda tərəflərin sülh sazişini paraflamasından sonra yüksək vəzifəli Azərbaycan rəsmisinin Ermənistana ikinci səfəri kimi qeydə alınıb.

Səfər Ermənistan parlament seçkilərindən bir neçə gün sonra və Mərkəzi Seçki Komissiyasının səsvermənin yekun nəticələrini açıqladığı gün baş tutub.

Bir gün əvvəl parlamentdə çıxış edən Paşinyan seçkilərdən sonra Ermənistan üçün “sülh prosesinin yaratdığı dinamikanı itirməməyin” vacibliyini vurğulayıb.

“Bununla Ermənistan və Azərbaycan sülh gündəliyinə sadiq olduqlarını bir daha təsdiqləyirlər”, - o bildirib.

Paşinyan bildirib ki, Azərbaycanda bəzi dairələr Ermənistanda ölkənin beynəlxalq səviyyədə tanınmış 29 min 743 kvadrat kilometrlik ərazisindən kənara ərazi iddialarını dəstəkləyən geniş ictimai təbəqənin olub-olmaması ilə bağlı suallar qaldıra bilər.

O iddia edib ki, belə baxışlar geniş ictimai dəstəyə malik deyil və müxalifətin topladığı səslərin əhəmiyyətli hissəsi seçici səslərinin satın alınması hesabına əldə olunub.

Bu fikirlər Paşinyanın sülh prosesini “yenidən nəzərdən keçirmək” niyyətində olmaqda ittiham etdiyi müxalifət qüvvələrinə ünvanlanmış mesaj kimi qiymətləndirilib. Paşinyan daha əvvəl bildirmişdi ki, müxalifət hakimiyyətə gəlsə, Ermənistan sentyabr ayında yenidən müharibə riski ilə üzləşə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Putindən Ermənistandan idxal qadağalarını götürməyi xahiş edib

28 İyul 2026

Russian Foreign Ministry

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib. Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.  Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa...
Region

Ermənistan 40 min qarabağlıya vətəndaşlıq verib 

22 İyul 2026

Açıq mənbə

Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib.  Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir.  “İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib. Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir. “Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo