Məhkəmə

Həbsdə olan hökumət tənqidçisi: "Talış dövləti yaratmağın tərəfdarı olmamışam" 

19 İyun, 2026
21

Açıq mənbə

İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan hökumətinin etnik azlıqlarla bağlı siyasətinin tənqidçisi Kamal İsayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını oxumağa davam edib. O, K.İsayevin müxtəlif illərdə sosial şəbəkələrdə yazdığı paylaşımlara istinad edib. 

İstinad edilən paylaşımlarından birində fəal yazıb ki, Azərbaycanda "bir gün talışlar hakimiyyətə gələcək və haqsızlığa son qoyacaq". Prokuror həm də iddia edib ki, K.İsayev özünü "Talış-Muğan Respublikası"nın mədəniyyət naziri adlandırıb. 

Daha sonra K.İsayev ittihamlara cavab verib. O, heç vaxt Azərbaycanın parçalanmasının tərəfdarı olmadığını deyib. 

"Heç bir talış dövlətinin yaradılmasının da tərəfdarı  olmamışam. Özümü nazir elan etməyimlə bağlı iddia da yalandır. "WhatsApp" qrupunda mənə mədəniyyət işləri üzrə nəzarətçilik həvalə olunub. Son 7-8 ildə mənim sosial şəbəkələrdə yüzlərlə çıxışım və paylaşımım olub, hərəsindən özlərinə sərf edən bir cümlə çıxarıb ittiham aktı tərtib ediblər. Mən qəbul edirəm ki, bu çıxışlar mənə məxsusdur, amma özümü qətiyyən təqsirli bilmirəm. Tamamilə böhtanla dolu cinayət işidir", - o qeyd edib. 

Növbəti məhkəmə prosesi iyulun 29-u saat 11:00-a təyin olunub. 

Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan Kamal İsayev ötən ilin noyabrında Türkiyəyə səyahət edərkən saxlanılıb və Azərbaycana ekstradisiya edilib. 

K.İsayevin “YouTube” platformasında “Jahid Kamal” və “Arya Toloş” adlı kanalları olub və o, Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini mütəmadi tənqid edib.

K.İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Məhkəmə Namizəd Səfərovun vəsatətlərini təmin etməyib 

18 İyun 2026

Açıq mənbə

İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Namizəd Səfərovun işi üzrə məhkəmə prosesi keçirilib.  Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.  Cinayət işində zərərçəkən qismində Günel Əfəndiyeva adlı şəxs tanınsa da, özü məhkəmədə iştirak etməyib. İstintaq orqanı iddia edir ki, G.Əfəndiyeva işə düzəlmək üçün N.Səfərova 53 min manat məbləğində pul verib.  N.Səfərov çıxışında adı çəkilən qadını tanımadığını, hadisənin baş verdiyi iddia edilən gün isə ümumiyyətlə Bakıda olmadığını deyib.  "7 aydır ki, saxlanılmışam, amma indiyə qədər heç bir istintaq hərəkəti aparılmayıb. Nə zərərçəkən ortaya çıxıb, nə də ortada bir sübut var. İşlə...
Məhkəmə

"QHT işi" üzrə həbs olunmuş Asəf Əhmədova 8 il həbs cəzası verildi 

17 İyun 2026

Asəf Əhmədovun şəxsi arxivindən

İyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində "QHT işi" üzrə həbsdə olan ictimai fəal Asəf Əhmədovun yekun məhkəmə prosesi keçirilib. İctimai fəal Əbülfəz Qurbanlının sosial media hesabında verdiyi məlumata görə, məhkəmə A.Əhmədova 8 il həbs cəzası verib.  A.Əhmədov son sözündə barəsindəki ittihamları rədd edib.  “Mən tarixçi olduğum üçün bu zalda baş verənlər mənə çox tanışdır. Vaxtilə kitablardan oxuduqlarım bu gün mənim başıma gəlir. Aylardır bu zalda gedən proseslərdən və qarşınızdakı materiallardan nələrin baş verdiyi sizə də, mənə də, elə prokurora da aydındır. Ortada hər hansı cinayət yoxdur. Məqsəd vətəndaş cəmiyyəti üçün nəsə etmək istəyən bir insanı susdurmaqdır. Sokratı da vaxtilə fərqli...

Seçilmiş Videolar

Toplum TV loqo